SON XƏBƏRLƏR

Vaşinqtondan Tehrana növbəti təhdid

2021.10.20, 07:36
Vaşinqtondan Tehrana növbəti təhdid

Gunaz.tv

GünAzTv: Prezident Barak Obama bəyan edib ki, əgər İran beynəlxalq ictimaiyyətin fikirlərinə məhəl qoymasa, o daha çox təcrid olunacaq. ABŞ (Amerika Birləşmiş Ştatları) İrana təzyiqlərini artırmaq niyyətindədir. Bunu prezident Barak Obama Amerikanın CBS telekanalına müsahibəsində bildirib. Ağ ev rəhbərinin sözlərinə görə, əgər İran beynəlxalq ictimaiyyətin fikirlərinə məhəl qoymasa, o daha çox təcrid olunacaq.  İran barəsində əldə olunan bütün məlumatlar bu ölkənin nüvə silahı hazırladığını göstərir. Əgər İran rəhbərliyi buna son qoymasa, onu  yeni sərt sanksiyalar gözləyir. İranın nüvə proqramı Yaxın Şərqdə silahlanmanın sürətlənməsinə səbəb olacaq. Bu isə yalnız ABŞ-ın milli təhlükəsizliyini deyil, bütün dünyanı təhlükə altına alır. Bu səbəbdən də beynəlxalq tərəfdaşlarımızla birgə İrana qarşı təzyiqləri gücləndirməyə davam edəcəyik.

Qeyd edək ki, bu həftə Braka Obama bəyan etmişdi ki, yazın sonunadək BMT-dən İrana qarşı yeni sanksiyaların tətbiq olumasına çalışacaq. Bu arada isə rəsmi Pekin Tehranla danışıqlar prosesini davam etdirməyin vacibliyini vurğulayıb. İranın Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili ilə görüşdən sonra Çin rəsmiləri Tehrana  qarşı yeni sanksiyaların tətbiqinin səmərəsiz olduğunu qeyd edirlər. Ölkəsinin nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu bir daha diqqətə çatdıran Səil Cəlili qərb ölkələrini Tehranı hədələməkdən əl çəkməyə çağırıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar