SON XƏBƏRLƏR

Hazırda Ilxçı və Üskü polis idarəsində onlarla soydaşımız saxlanılır

2021.10.20, 07:36
Hazırda Ilxçı və Üskü polis idarəsində onlarla soydaşımız saxlanılır

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin "Urmu news"-a istinadən yaydığı məlumata görə, dünən Urmu Gölü ilə bağlı keçirilən Kampaniya iştirakçılarından 25-i Ilxçı polis idarəsində saxlanılır. Onların kimliyi ilə bağlı hələlik məlumat yoxdur.

Həmçinin yaxalanıb Üskü Polis idarəsinə göndərilmiş 47 soydaşımızdan 36-ı mülki vəsiqə müqabilində azadlığa buraxılıb. Ancaq 11 nəfər hələki Polis İdarəsində saxlanılır.

Saxlanılanların kimliyi haqqında hər hansı məlumat yoxdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar