SON XƏBƏRLƏR

“Urmu Gölü Kampaniyası Yığıncağın”-da baş verən hadisələr…

2021.10.20, 07:36
“Urmu Gölü Kampaniyası Yığıncağın”-da baş verən hadisələr…

Gunaz.tv

GünAzTv: Xəbər verdiyimiz kimi dünən Aprel ayının 2-də (Fərvərdinin 13-ü) Güney Azərbaycanda "Urmu Gölü Kampaniyası Yığıncağı" keçirildi.

 

Kampaniya İran Təhlükəsizlik Qüvvələrinin zor tətbiq etməsi ilə yadda qaldı. Soydaşlarımıza qarşı Kobud rəftarlar olundu. O cümlədən:

 

- İranın Xüsusi Güc Dəstələri, Polis və Təhlükəsizlik Qüvvələri Kampaniya iştirakçılarına hücum etdilər.

_ Çoxlu sayda soydaçlarımız döyüldü. Yaralananlar oldu

_Urmu Gölünə gedən yollar şəhərin içindən Polis tərəfindən qapadıldı.

_İran Yol Polisi Kampaniyaya Qoşulmaq istəyən bir çox Avtomobildən cərimə aldı.

_verilən məlumata görə, 100-dən çox soydaşımız yaxalandı.

_soydaşlarımıza qarşı Gözyaşardıcı qazdan istifadə olundu.

_Urmu Gölü Körpüsünün üzərində duran çox sayılı polislər kampaniya iştirakçılarını Körpüdən və ümumiyyətlə Göldən uzaqlaşdırmağa çalışdılar. Bəzi halda buna nail oldular.

_əlində Foto-aparat, video-kamera olan iştirakçılar İran Təhlükəsizlik Qüvvələri tərəfindən döyüldü və film çəkmək istəyən şəxslərin Mobil telefonları onlardan alındı.

_Yığıncaq müddətində xüsusi ilə yığıncağın son mərhələsində Gölün ətrafı İranın Silahlı və Silahsız dəstələri ilə doldu. sözü gedən məkanda yarımhərbi vəziyyət yarandı.

 

Bununla belə dövlət Qüvvələrinin güc tətbiq etməsi qarşılıqsız qalmadı. Qəhrəman soydaşlarımız bütün gücləri ilə İran Təhlükəsizlik Qüvvələrinə müqavimət göstərdilər. hansısa Soydaşlarımız qarşı tərəfin əlinə düşdükdə digər soydaşlarımız onu qurtarmağa çalışdılar və bəzi halda buna nail oldular.

 

Bu arada Azərbaycanlı qadınların rolunu xüsusi qiymətləndirmək lazımdır. Xanımlar Təhlükəsizlik Qüvvələrinin qarşısından nəinki qaçmırdılar hətta onlara qarşı daş ataraq özlərini müdafiə edirdilər. onlar dəfələrlə hücumçuları geriyə oturtmağa nail oldular.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar