SON XƏBƏRLƏR

Təbriz-Urmu Yoxlama Məntəqəsində qarşıdurma olub, tutulanlar var

2021.10.20, 07:36
Təbriz-Urmu Yoxlama Məntəqəsində qarşıdurma olub, tutulanlar var

Gunaz.tv

GünAzTv: Urmu Gölü Kampaniyasına qatılmaq istəyən daha bir qrupla İran Polisi arasında qarşıdurma baş verib.

GünAzTv mətbuat mərkəzinin "Urmu news"-a istinadən yaydığı məlumata görə, 2000 nəfər soydaşımız Təbriz tərəfində Urmu-Təbriz Yoxlama Məntəqəsində bir araya toplaşıblar. elə halda 300 nəfərlik Dövlətin Xüsusi Dəstəsi onlara hücum edib. Yəqub Rəməzani və Məhəmməd Təbrizi adlı soydaşlarımız hücumçuların tərəfindən tutuqlanıb. tutuqlanma səbəbi onların qırmızı rəngli paltar geymələri olub. Soydaşlarımız adını çəkdiyimiz iki nəfərin azad edilməsini tələb ediblər. qarşı tərəf onları azad etmədiyi üçün qarşıdurma baş verib. Tərəflər arasında daş atma kimi faktlar qeydə alınıb.

Digər xəbərə əsasən Kompaniyaya qoşulmaq üçün yola düşən iki şərnişin avtobusu Ilıxçı şəhərində Təhlükəsizlik Qüvvələri tərəfindən dayandırılıb. 3 soydaşımız tutulub və bütün avtobus sərnişinlərinin şəxsiyyət vəsiqələri alınıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar