SON XƏBƏRLƏR

Yollar bağlanıb və Xüsusi Motosikletçilər (motorsəvarlar) hücuma keçib

2021.10.20, 07:36
Yollar bağlanıb və Xüsusi Motosikletçilər (motorsəvarlar) hücuma keçib

Gunaz.tv

GünAzTv: İran Təhlükəsizlik Qüvvələri uzaq caddələrdən bəri Urmu Gölünə çata biləcək yolları kəsib. Hazırda Şəhid Kəlantəri Caddəsi ilə kəsişən bütün torpaq və qeyr-əsas yollar Təhlükəsizlik Qüvvələri tərəfindən qapadılıb.

 

Həmçinin başqa bir xəbərə görə, Körpünün Təbriz tərəfində 700 nəfər bir yerə toplaşıb. Onlar Xüsusi Motosikletçilər (motorsəvarlar) tərəfindən hücuma məruz qalıblar. Hadisə barədə hələlik artıq məlumat yoxdur.

 

Xatırladaq ki, İran Polisi Azərbaycanlıların Urmu Gölünün qurudulması ilə bağlı keçirdikləri Kampaniyanı önləmək üçün bu tədbirlərə əl atır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar