SON XƏBƏRLƏR

İran Təhlükəsizlik Qüvvələri soydaşlarımıza qarşı gözyaşardıcı qazdan istifadə edib, Yaralananlar var

2021.10.20, 07:36
İran Təhlükəsizlik Qüvvələri soydaşlarımıza qarşı gözyaşardıcı qazdan istifadə edib, Yaralananlar var

Gunaz.tv

GünAzTv: Xəbər verdiyimiz kimi bu gün Urmu Gölünün qurudulması ilə bağlı Kampniya keçirilir. İran Təhlükəsizlik Qüvvələri Gölün Üzərindəki Körpünü qapadıb.

 

GünAzTv mətbuat mərkəzinin "Urmu news"-a istinadən yaydığı məlumata görə, saat 12.45-də Körpünün Urmu tərəfində 20000 nəfərin toplandığı bildirilir. onlar milli şüarlar veriblər. Təhlükəsizlik Qüvvələri aksiyacılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bu əməl soydaşlarımızla Dövlət Qüvvələrinin arasında qarşıdurmaya səbəb olub. Qarşıdırmada hər iki tərəfdən yaralananların olduğu bildirilir.

 

Bu arada Təbriz tərəfindən yeni Təhlükəsizlik Qüvvələri hadisə yerinə gətirilib.

 

Qeyd edək ki, Urmu tərəfində Caddə üzərində yaranmış tıxacın (trafik) uzunluğu 20 kilometr təxmin edilir.

 

Diqqətə layiq məqam ondan ibarətdir ki, Qəhrəman soydaşlarımız fiziki güc və daş vasitələri öz ailələrini və uşaqlarını hücumçulardan qoruyub onları geri oturda biliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar