SON XƏBƏRLƏR

İrana qarşı sanksiyaların tətbiqində Amerika Çini razı salacağına əmindir

2021.10.20, 07:36
İrana qarşı sanksiyaların tətbiqində Amerika Çini razı salacağına əmindir

Gunaz.tv
GünAzTv: Ağ Evin mətbuat katibinin müavini Bill Berton bildirib ki, ABŞ rəhbərliyi nüvə proqramını dayandırmaq üzrə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə dair Çini razı sala biləcəyinə əmindir. «Çinlilər bilir ki, Yaxın Şərqdə nüvə silahlanması onların maraqlarında deyil. Biz əminik ki, İrana qarşı məqsədyönlü təzyiq yoluyla irəliləmənin lazımlığına dair Çinlə razılığa gələ biləcəyik» - deyə o qeyd edib. ABŞ prezidenti Barak Obama İrana qarşı yeni sanksiyaların bu yazda tətbiq olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə nüvə silahlanmasını görmək istəmir. Dövlət katibi Hillari Klinton isə ümidvardır ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiyalara dair «altılığ»ın (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və ABŞ) və digər ölkələrin məsləhətləşmələri yaxın günlərdə başlayacaq: «Məsləhət qrupu («altılıq») artıq bir ildən çoxdur ki, işləyir və birliyini qoruya bilib. Qarşıdakı həftələr ərzində nəinki «altılıq», həm də Təhlükəsizlik Şurasının digər üzvləri və başqa ölkələrin iştirakı ilə müzakirələr çox böyük əhəmiyyət daşıyır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar