SON XƏBƏRLƏR

BMT baş katibi hesab edir ki, Mərkəzi Asiya dünya üçün mərkəzi rollardan birini oynayır

2021.10.20, 07:36
BMT baş katibi hesab edir ki, Mərkəzi Asiya dünya üçün mərkəzi rollardan birini oynayır

Gunaz.tv
GünAzTv: BMT-nin baş katibi Ban Ki Mun beş Mərkəzi Asiya dövlətinə səfərə başlayır. BMT bu ölkələrin yerləşdiyi məkanı əsas strateji region adlandırır. Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə bir sıra ziddiyyətlər mövcuddur. Bura sərhədlər, su və enerji ehtiyatlarından istifadə barədə mübahisələr daxildir. BMT baş katibinin yardımçısı Martin Nesirki BBC-yə müsahibədə Ban Ki Munun bu ziddiyyətləri aradan qaldırmaq üçün regiona hansı ideyalarla gəlməsi haqda suala belə cavab verir: BMT-nin baş katibi hesab edir ki, Mərkəzi Asiya dünya üçün mərkəzi rollardan birini oynayır. Strateji coğrafi mövqeyi, zəngin təbii ehtiyatları ilə, Əfqanıstan kimi dövlətlə həmsərhəd olması ilə bu regionun dünyada sabitlik üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı hamıya məlumdur. Ölkələrarası ziddiyyətlərə gəldikdə, Ban Ki Munun ilk səfər etdiyi ölkə Türkmənistandır. BMT burada region üzrə önləyici diplomatiya mərkəzinə malikdir. Onun məqsədi - beş ölkə arasında dialoqu stimullaşdırmaqdır, onların danışıqlar aparmadığı məsələlərə toxunmaqdır. Sual: Adı çəkilən mərkəz 2 ildir ki, fəaliyyət göstərir. İndiyə kimi hansısa məsələlərdə uğur, irəliləyiş əldə etmək mümkün olubmu? Məsələn, Özbəkistan su ehtiyatlarından istifadə məsələsində Tacikistanın nəhəng bənd inşa etmək planından çox narazıdır. Dediyiniz kimi, bu mərkəz qısa müddətdir işləyir. Onun missiyası addımbaddım tərəqqiyə nail olmaqdır. Vurğulanmalıdır ki, bəzən preventiv diplomatiyada əgər uğur barədə xəbər eşidilmirsə, bu heç də o demək deyil ki, heç nə baş vermir. Bu məsələlərlə məşğul olurlar, müzakirələr gedir,bağlı qapılar arxasında razılıqlar əldə olunur. Sual: BMT baş katibinin səfəri ərəfəsində təşkilatın öz İnsan Haqları Komitəsi, beynəlxalq insan hüquqlarının müdafiəsi qrupları bir sıra məsləhətlər veriblər.Ələxüsus da Özbəkistanda bu sahədə ağır vəziyyətə dair təfərrüatlı hesabatlar ona təqdim edilib. BMT baş katibi Özbəkistanda olarkən bu məsələ ilə bağlı hər hansı narahatlıq ifadə edəcəkmi? BMT-nin baş katibinə bütün məsələlər barədə səfərqabağı ətraflı məlumat verilir. Onun möhkəm və dəyişməz mövqeyi insan hüquqlarının hər şeydən üstün tutulmasıdır. Yəqin belə demək düzgün olardı ki, Ban Ki Mun təkcə Mərkəzi Asiyaya deyil, harada olursa olsun bu məsələlər barədə açıq və diplomatik şəkildə danışır. Sual: Elə vəzifəyə gələndə cənab Ban Ki Mun demişdi ki, səsi eşidilməyənlərin səsi olmaq istəyir. İnsan haqları sahəsindəki vəziyyətə görə tənqid edilən Mərkəzi Asiya dövlət başçıları ilə görüşərkən o bu haqda ictimaiyyət arasında danışacaq yoxsa şəxsi söhbətlərdə? Mən istərdim ki, baş katibin səfəri zamanı baş verəcəklər barədə sürpriz elementini saxlaya bilim. Həm də onun bağlı qapılar arxasında nə deyəcəyi barədə əvvəlcədən mühakimə yürütmək fikrində deyiləm. Amma onu əminliklə deyə bilərəm ki, Ban Ki Mun bu məsələlər barədə ictimai çıxışlarında söz açacaq. Sual:İnsan haqları təşkilatı Human Rights Voç baş katibə açıq məktubunda konkret həbsdə olan, hüquqlarının pozulduğu iddia edilən siyasi fəalların, mətbuat işçilərinin adlarını çəkib. BMT-nin baş katibi konkret adları çəkilən adamların məsələsini qaldıracaq, yoxsa ümumi vəziyyət barədə danışacaq? Mən bu detallara varmaq istəməzdim. BMT-nin insan haqları üzrə komissiyasının rəhbəri və onun regiondakı qrupu bu məsələlərlə fəal məşğul olur. Sözümün əvvəlində dediklərimi təkrar edərək demək istərdim ki, BMT baş katibi Mərkəzi Asiyanı son dərəcə mühüm, dünyada sabitliyin qorunmasında strateji əhəmiyyətli region hesab edir. Bu mənada, BMT baş katibi iqlim dəyişikliyi, Minillik Məramları, nüvə silahının yayılmaması və güclü mülki cəmiyyət kimi geniş spektrli məsələləri müzakirə etmək niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar