SON XƏBƏRLƏR

DƏVƏT: Hamımız “Urmu Gölü Kampaniyası dəstək yığıncağın”-a qatılaq

2021.10.20, 07:36
DƏVƏT: Hamımız “Urmu Gölü Kampaniyası dəstək yığıncağın”-a qatılaq

Gunaz.tv

GünAzTv: Vətən təbiətinin qayğısını çəkən Güney Azərbaycanlı soydaşlarımızın gözlədiyi an çatmaqdadır. Artıq Milli Komandamız Traxtur Taxımının 100 minlərlə tərəfdarının keçirmək istədiyi Kampaniyanın həyata keçirilməsinə bir neçə saat qalıb.

 

Urmu Gölü öz təbiətində yaşatdığı milyonlarla insanın evladlarını gözləyir. Azərbaycanımızın gəlini adlanan Göl, susuzluqdan vaxtı ilə su verdiyi İnsanlarımızı imdada çağırırr.

 

İran və Dünyanın Kütləvi İnformasiya Vasitələrinin diqqəti bizdədir. Biz Ana vətənimizi, onun əsrarəngiz təbiətini nə qədər sevdiyimizi, ona nə qədər bağlı olduğumuzu dünyaya nümayiş etdirməliyik. Biz 2010-cu il aprel ayının 2-ə (fərvərdinin 13-ü) Qocaman Azərbaycanın Urmu Gölünə hakim olduğunu, onu göz bəbəyi kimi qoruyacağı məsajını bədxah qonşularımıza da çatdırmalıyıq.

 

Artıq bir çox təşkilat, ziyalı qruplar, öyrənci icmaları, milli saytlar, Milli Televiziya, qəzetlər, dərgilər və adi vətəndaşlarımız bu tarixi Kampaniyanın dəstəyində bəyanat yayaraq öz müvafiq mövqelərini bildirib və bütün xalqımızı Azərbaycanı ifadə edən qırmızı parça və Su bardaqları ilə birlikdə Kompaniyaya qoşulmağa çağırıblar. Hamımız Gölə su tökərək etirazımızı Gölün qurumasına göz yuman və hətta buna səbəb olan İran rejiminə bildirəcəyik. Bizdə bir daha bu çağırışlara qoşularaq sabah keçirilən Kampaniyaya uğurlar arzulayırıq.

 

Görüşümüz: 2 Aprel (13 Fərvərdin) . Urmu Gölü ətrafı (Körpü ətrafı) . saat 12

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar