SON XƏBƏRLƏR

Amerika telekanalı İranlı nüvə aliminin Amerikaya qaçdığını bildirib

2021.10.20, 07:36
Amerika telekanalı İranlı nüvə aliminin Amerikaya qaçdığını bildirib

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika birləşmiş Ştatları) telekanalı iranlı nüvə aliminin Amerikaya qaçdığı və hazırda onun Mərkəzi Kəşfiyyat Agentliyinə kömək etdiyi haqda xəbər yayıb.

2009-cu ilin iyunundan itkin düşmüş sayılan gənc iranlı nüvə fiziki Şəhram Əmiri ABŞ-dadır və Mərkəzi Kəşfiyyat İdarəsi ilə könüllü əməkdaşlıq edir.bu barədə ABŞ-ın ABC televiziyası xəbər yayıb.

 Bu xəbərə əsasən Ş. Əmiri Həcc ziyarəti zamanı yoxa çıxıb. Onun əməkdaşlığa cəlb olunub ABŞ-a göndərilməsi barədə əməliyyat uzun müddət planlaşdırılıb və uğurla həyata keçirilib. Hazırda alim ABŞ kəşfiyyatı ilə fəal əməkdaşlıq edir və İranın nüvə proqramı haqqında qiymətli informasiyalar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar