SON XƏBƏRLƏR

Çin İrana qarşı mövqeyini dəyişir

2021.10.20, 07:36
Çin İrana qarşı mövqeyini dəyişir

Gunaz.tv

GünAzTv: Rusiya və Çin də daxil olmaqla, dünyanın 6 güc dövləti İrana mümkün yeni sanksiyaların qoyulması istiqamətində «birləşib». ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Hillari Klinton martın 31-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya rəsmisi ilə danışıqlardan sonra belə deyib. Rəsmilər bildirir ki, İrana 4-cü dəfə sanksiya qoyulmasına meylsiz olan Çin artıq mümkün qətnamə qəbulu barədə düşünməyə hazırdır. Qərb İranı uranı zənginləşdirməyi dayandırmağa çağırır, nüvə silahı hazırlayacağından ehtiyat edir. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Bu arada İranın dövlət televiziyası xəbər verir ki, baş nüvə müzakirəçisi Səid Cəlili cümə axşamı Çinə səfər edəcək.  Bu səfər planı yeni sanksiyaların tətbiq edilməsi üçün beynəlxalq təzyiqlərin intensivləşdiyi vaxta təsadüf edir.  Xəbərdə deyilir ki, Cəlili Tehranın nüvə fəaliyyətini Pekində rəsmilərlə müzakirə edəcək. 

Çin BMT Təhlükəsizlik Şurasında veto səlahiyyətinə malik olan beş dövlətdən biridir.  İndiyədək o, İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə müqavimət göstərərək əvəzində diplomatik həll yoluna üstünlük verdiyini israrla bildirib.  Dünən Səkkizlər Qrupunun xarici işlər nazirləri İrana qarşı düzgün və möhkəm addımların atılması ideyasına dəstək verib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar