SON XƏBƏRLƏR

Baş nazir Ərdoğan rəsmi vaşinqtonun sözünü yerə salmadı

2021.10.20, 07:36
Baş nazir Ərdoğan rəsmi vaşinqtonun sözünü yerə salmadı

Gunaz.tv

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a (Amerika Birləşmiş Ştatları) gedəcək. Baş nazir ABŞ-da 12-13 aprel tarixlərində keçiriləcək "Nüvə sammiti"nə qatılacaq. Geri çağırılmış Türkiyə səfiri Namiq Tan isə Ərdoğandan bir gün əvvəl, aprelin 11-də ABŞ-da olacaq. Xatırladaq ki, Türkiyə qondarma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınmasına çox sərt reaksiya vermişdi. Əvvəlcə Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan məsləhətləşmələr Türkiyəyə çağırılmış, ardından isə baş nazir Ərdoğan ABŞ-a səfərini ləğv etdiyini demişdi. Ötən günlərdə Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfər etməsi üçün Vaşinqtonun addımlar atdığı, dövlət katibi Hillari Klintonla xarici işlər naziri Əhməd Davudoğlunun bir neçə dəfə telefonla danışdığı mətbuat səhifələrinə çıxıb. "Sky Türk"ün dünən verdiyi məlumata görə, dünən baş nazir Rəcəb Tayyib Ərdoğan qərarını dəyişdirib və 12-13 aprel tarixlərində keçiriləcək zirvəyə qatılacaq. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı ABŞ prezidenti Barak Obama ilə görüşü çox əhəmiyyətlidir. Çünki görüşdə Obamanın 24 apreldə "soyqırım" iddialarıyla əlaqədar çıxışın əvvəlində, Ermənistan Türkiyə arasındakı yaxınlaşma prosesilə bağlı məlumat verəcəyi gözlənilir. Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal partiyasının toplantısında Ərdoğanın ABŞ-a gedəcəyini demişdi: "Getməyəcəm, getmərəm deyən baş nazir ABŞ-a səfir ilə birlikdə gedəcək". Məlumat üçün bildirək ki, ABŞ prezidenti Barak Obama ilə Ermənistanın dövlət başçısı Serj Sarkisyan da aprelin 13-də Vaşinqtonda bir araya gələcək. Görüş Ermənistan üçün həlledici ola, onun Ankara ilə münasibətlərin normallaşdırılmasına dair yekun qərar qəbul etməsinə təsir göstərə bilər. Serj Sarkisyanın Vaşinqtona aprelin 11-13-də baş tutacaq səfəri çərçivəsində onunla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında da görüşün keçiriləcəyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar