SON XƏBƏRLƏR

Böyük Britaniya ermənilərin ümidini puç etdi

2021.10.20, 07:36
Böyük Britaniya ermənilərin ümidini puç etdi

Gunaz.tv
GünAzTv: Qondarma erməni soyqrımını tanımayan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri 24 aprel tarxinin anım günü kimi təyin edilməsi təşəbbüslərini də rədd edib. 1 saat davam edən iclasda Baranessa Kerolayn Koks Azərbaycan və Türkiyənin əleyhinə ifadələr işlədərək, qondarma erməni soyqrımını qəbul etdirməyə çalışsa da, digər çıxışçılar onun bütün iddialarına qarşı çıxıb. Parlamentin üzvü Lord Hilton 1915-ci ildə baş verən hadisələri soyqrım adlandırmağa ehtiyac olmadığını vurğulayıb. O deyib ki, hadisələri soyqrım kimi təqdim etmək yanlışdı. Türkləri o vaxt baş verən hadisələrdə haqsızca ittiham  etməyin  yolverillməzliyini qeyd edən Lord Hilton bunun Türkiyə Ermənistan arasındakı normallaşma prosesinə də mənfi təsir göstərəcəyini diqqətə çatdırıb. Lord Macinnis isə  100 il baş verən hadisələr əvəzinə, Dağlıq Qarabağ münaqişəsinin və azərbaycanlılara qarşı törədilən soyüqrımın araşdırılmasını daha məqsədəuyğun hesab edib. Qarabağın işğalı səbəbindən 1 milyon azərbaycanlının qaçqın vəziyyətinə düşdüyünü xatırladan parlamentarii həmkarlarına türkləri özümüzə qarşı yadlaşdırmayaq ismarıcını da verib. Lord Kilkluni və Lord Vellis də eyni mövqedən çıxış edərək, hadisələrin soyqrımı olmadığını, 1915-ci müharibəsi zamanı ermənilərlə yanaşı, türklərin də öldüyünü xatırladıb. Müzakirələrə son nöqtəni isə dövlət naziri Baronessa Kinok qoyub. Baronessa Britaniya hökumətinin bu məsələ ilə bağlı rəsmi mövqeyini bir daha təkrarlayaraq bəyan edib ki, Birləşmiş Krallıq Türkiyə Ermənistan əlaqələrinin normallaşma prosesinə zərbə vuracaq hər hansı qərar qəbul etməyəcək. Dövlət naziri İsveç və ABŞ qanunverici orqanlarının qərarının isə  Böyük Britaniyaya təsir etməyəcəyini vurğulayıb.itv 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar