SON XƏBƏRLƏR

Qardaş Ölkələrin hərbçiləri birgə təlimlər keçəcəklər

2021.10.20, 07:36
Qardaş Ölkələrin hərbçiləri birgə təlimlər keçəcəklər

Gunaz.tv

GünAzTv: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməkdaşlıq planına əsasən, aprelin 5-dən 9-dək İzmirdə iki ölkə arasında mina və minadanqorunma tədbirləri üzrə təcrübə mübadiləsi və yeni istehkam vasitələrinin və texnologiyalarının müzakirəsi aparılacaq.

Aprelin 6-dan 8-dək isə İzmirdə EGEY Ordu Komandanlığı tərəfindən Maddi Texniki Təminat üzrə təlim keçiriləcək.

Həmçinin, hərbçilər tibbi xidmət sahəsində də təlimlərə cəlb olunacaq.

Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına hərbçilərimiz böyrəkköçürmə əməliyyatının üsulu, əməliyyatdan əvvəl və sonrakı dövrün təhlil edilməsi (ümumi cərrahiyyə), endoskopik fundoplikasiya kursu (qastroenterologiya - mədə-bağırsaq), diz artoskopiya cərrahiyyəsi, ayaq və topuğun cərrahiyyəsi və uroloji sistoskopiya kurslarında iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar