SON XƏBƏRLƏR

Sülh üzrə nobel mükafatçısı Şirin İbadi ağır məbləğdə vergi ödəməli olacaq

2021.10.20, 07:36
Sülh üzrə nobel mükafatçısı Şirin İbadi ağır məbləğdə vergi ödəməli olacaq

Gunaz.tv
GünAzTv: İran hökuməti hazırda xaricdə yaşayan müxalif vəkil, sülh üzrə Nobel mükafatçısı Şirin İbadidən külli miqdarda vergi istəyir. O, Nobel mükafatına və xarici ölkələrdəki çıxışlarında aldığı qonorara görə 500 min dollar məbləğində vergi ödəməli olacaq. GünAzTv mətbuat mərkəzinin "Media forum"-a istinadən yaydığı məlumata görə,  İbadinin vəkili Nəsrin Sütudə jurnalistlərə açıqlamasında müvəkkilinin mükafatına və çıxışlarına qoyulan 500 min dollarlıq verginin siyasi xarakter daşıdığını bildirib: "Onu vergidən yayınmaqda günahlandıraraq barəsində yeni iş açıblar. İrandakı bütün var-dövləti və bank hesablarındakı vəsaiti müsadirə olunub, əmlakının alqı-satqısına qadağa qoyulub. Qoyulan 500 min dollar verginin 330 min dolları onun qazandığı Nobel mükafatına, qalanları isə xaricdə etdiyi etiraz məzmunlu çıxışlarına görədir. Halbuki, İran qanunlarına görə, Nobel mükafatı kimi mükafatlara vergi düşmür. Xanım İbadi bu mükafata 5 il əvvəl layiq görülüb. Vergilər idarəsi niyə indi yuxudan ayılaraq bu mükafata vergi düşdüyünü yada salıb? Hesab edirəm ki, müvəkkilimin qazandığı mükafata və çıxışlarına bu qədər iri məbləğdə vergi qoyulması əsassızdır və yalnız siyasi motiv daşıyır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar