SON XƏBƏRLƏR

Obama və Sarkozidən İrana növbəti mesaj

2021.10.20, 07:36
Obama və Sarkozidən İrana növbəti mesaj

Gunaz.tv
GünAzTv: Ağ Evdə Fransa prezidenti Nikolas Sarkozini qəbul edən ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama onunla İranın nüvə problemini müzakirə edib. Ağ Ev rəhbəri Birləşmiş Millətlər Təşkilatının İrana qarşı yeni sanksiyalarını bir neçə həftəyə görmək istədiyini söyləyib. Mətbuat üçün qapalı keçirilən görüşdən sonra Obama Sarkozinin şərəfinə verdiyi ziyafətdə rəsmi Tehranı yenidən xəbərdarlıq edib. GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, Çin, Rusiya, Almaniya və İngiltərə ilə birlikdə İrana qarşı əvvəlkindən daha çox həmfikir olduqlarını deyən ABŞ prezidenti nüvə silahının əldə edilməsi istiqamətində davam etdirilən fəaliyyətinə görə, İrana sanksiyaların yaxın aylar deyil, yaxın həftələrdə tətbiq olunmasının vacibliyini vurğulayıb. Lazım olan dəstəyi bütünlüklə görə bilmədiyini qeyd edən Obama bildirib ki, İranın üçün qapılar hələ də açıqdır: "Əgər, İran keçmək istəsə qapı hələ də açıqdır. Ancaq İranın nüvə fəaliyyətlərindən geri addım atdığı ilə bağlı hər hansı bir işarə yoxdur. Ümid edirəm ki, İrana qarşı bu yaz sanksiyalar reallaşacaq". Həmkarının dediklərinə dəstək verən Sarkozi İranın nüvə silah əldə etmək üçün "dəlicəsinə yarışa" davam edə bilməyəcəyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar