SON XƏBƏRLƏR

Ayətullahın Xanımının dəfn mərasımındə onlarla insan tutulub

2021.10.20, 07:36
Ayətullahın Xanımının dəfn mərasımındə onlarla insan tutulub

Gunaz.tv
GünAzTv: Tanınmış müxalif ruhani, 2009-cu il dekabrın 20-də vəfat etmiş ayətullah Hüseynəli Müntəzirinin iki gün əvvəl dünyasını dəyişən xanımının dəfnində qalmaqal olub. Müntəzirinin 83 yaşlı xanımı Mahsultan Rəbbani martın 27-də vəfat edib. GünAzTv mətbuat mərkəzinin "Media forum"-a istinadən yaydığı məlumata görə, martın 28-i Qum şəhərində təşkil olunan cənazə törəni və dəfn mərasimi ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilib. Ayətullah Müntəzirinin oğlu Səid Müntəziri jurnalistlərə açıqlamasında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşlarının anasının meyitini zorla ələ keçirdiyini, onu yalnız qəbiristanlıqda ailəsinə təhvil verdiyini deyib: "Anama qüsl verildikdən sonra təhlükəsizlik əməkdaşları cənazə törəninə toplaşan yüzlərlə insanın gözü qarşısında meyiti özləri ilə apardılar. Onlar bütün etirazlara baxmayaraq anamın meyitini yalnız qəbiristanlığın 100 metrliyində bizə təhvil verdilər. Hökumət məmurlarının bu hərəkəti onların 83 yaşlı bir qadının meyitindən də qorxduğunu göstərdi". Rəbbaninin meyitinə hörmətsizliyə etiraz bildirən, "Allahu əkbər", "Bu gün yas günüdür, Müntəziri isə yas sahibidir" və "Müntəziri məzlumdur" şüarları səsləndirən 30 nəfərin tutulduğu xəbər verilir. Ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə o, İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar