SON XƏBƏRLƏR

Ankaradan Vaşinqtona açıq xəbərdarlıq

2021.10.20, 07:36
Ankaradan Vaşinqtona açıq xəbərdarlıq

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu martın 28-də axşam ABŞ-ın dövlət katibi Hillari Klintonla telefonla danışıb. ABŞ Nümayəndələr Palatası xarici əlaqələr komitəsində qəbul edilən qondarma soyqırımının tanınmasından sonra Türkiyə-Ermənistan münasibətlərinin müzakirə olunduğu telefon danışığında Əhməd Davudoğlu Barak Obamanın 24 apreldəki çıxışında Türkiyənin mövqeyini nəzərə alacağına ümid etdiyini bildirib. Davudoğlu həmçinin 3-cü ölkələrin tarixi mühakimə edən qərarlar qəbul etməsinin Ankara İrəvan münasibətlərinə zərər verdiyini vurğulayıb.

 

Bundan başqa, xarici işlər naziri Amerikadan qlobal güc sahibi ölkəyə yaraşacaq müvafiq addımlar gözlədiklərini deyib: "Rəsmi Vaşinqtondan ABŞ-ın qlobal güc sahibi olmasına yaraşacaq, ölkələri yaxınlaşdıran addımlar atmasını gözləyirik. Bu arzumuzu səsvermədən əvvəl də dilə gətirmişdik. Sadəcə Türkiyə və Ermənistan yox, bütün Qafqaz regionuna müsbət təsir edəcək proses daxili siyasi sövdələşmələrin qurbanı olmamalıdır. Səsvermədə tək səs fərqi layihənin əleyhinə olsa, tarix dəyişəcəkdimi? Bu səbəblə də Barak Obamanın 24 aprel çıxışında Türkiyənin sadəcə Cənubi Qafqaz yox, ətrafındakı bütün ölkələr barədə müsbət fikirləri nəzərə alacağına ümid edirəm. Türkiyə və türk xalqı heç bir zaman, heç bir təzyiqi qəbul etməyəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar