SON XƏBƏRLƏR

İran rejimi daha bir ziyalını “Müharib” adlandırdı

2021.10.20, 07:36
İran rejimi daha bir ziyalını “Müharib” adlandırdı

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin "kaleme.com" saytına istinadən yaydığı məlumata görə, Tehran İnqilab Məhkəməsi Pakdəşt şəhər məktəbinin Müəllimi Əbdülrza Qəmbərini ölüm hökmünə məhkum edib. İttihamnamədə deyilir ki, Qəmbəri "müharibdir", antiiran qruplaşmaları və xarici telekanallarla əlaqə saxlayır.

 

Qeyd edək ki, İran qanunlarına əsasən Allaha, Peyğəmbərə və İslam hökumətinə qarşı çıxanlar "müharib" adlanır. İran Konstitusiyasının 183-196-cı maddələrində "müharib" və "İslam hökumətini devirməyə" cəhd göstərən şəxslərin barəsində sürgün və ya ölüm hökmü kimi cəzalar nəzərdə tutulub. İranın qeyr-Mütəqil Məhkəmə Sistemi Bu günə qədər çoxlarına "Müharib" damğası vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar