SON XƏBƏRLƏR

“Oyrenci” saytı soydaşlarımızı Urmu Gölü ətrafında keçiriləcək kampaniyaya dəvət edir

2021.10.20, 07:36
“Oyrenci” saytı soydaşlarımızı Urmu Gölü ətrafında keçiriləcək kampaniyaya dəvət edir

Gunaz.tv

GünAzTv: Artıq Urmu Gölü ətrafında keçiriləcək kompaniyanın baş tutmasına bir neçə gün qalır. Güney Azərbaycanın dəyərli Kütləvi İnformasiya Vasitələrindən biri "Oyrenci" saytı Gölün Quruması ilə bağlı keçiriləcək kompaniya barədə dəstək bəyanatı yayıb.

 

Bəyanatda deyilir:

 

Azərbaycanın tarixi-mədəni mirası və gözləlliyi son 31 ildə mənfi istiqamətdə dəyişir. Hər an keçdikcə bu sahədə tənəzzül his olunur. İslam İnqilabından 31 il keçsədə hələ bu hakimiyyət öz ibtidayi vədlərinə əməl teməyib. qeyr fars millətlərin milli hüquqlarının bərpası uğrunda heç bir addım atılmayıb.

 

Təbrizin Ərk Qalası məhvə doğru gedir, Babək Qalası yarım-hərbi hissəyə çevrilib, Zəncanın Sultaniyyə Günbəzi baxmayaraq ki yüz illər öncə 9 il müddətində tikilib, 42 ildir ki bir türlü bərpa olunmur, 10-larla tarixi-mədəni bina unudulub, məhv olub vəya məhvə doğrua getməkdədir.

 

Bu gün isə Azərbaycan təbiətinin zinəti Urmu Gölünün sönməsinə şahidik. Apartayd rejim nəinki təhqiramiz şəkildə tarix və kimliyimizi təhrif edir, bununla yanaşı vətənimiz Azərbaycanıda təxrib edir. Siyasi, iqtisadi və mədəniyyət üzrə Apartayd rejim indidə ətraf-mühit Apartaydı kimi özünü nümayiş etdirir. Fars torpaqlarını səhradan yaşıllığa çevirən rejim yaşıl və gözəl təbiətli Azərbaycanı səhraya çevirir.

 

Hazırda Urmu Gölü, Rejimin biganə qalması və ictimaiyyətdən həqiqəti gizlətməsi nəticəsində qurumaqdadır. hər an keçdikcə bu təhlükə bir azda şiddətləyir. Bu isə Azərbaycanın və bölgənin təbiyyəti və həyatı üçün fəlakət deməkdir.

 

"Oyrənci" saytı Apartayd rejimlə mübarizədə bütün Azərbaycanlı soydaşlarımızdan dəvət edir ki, 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Traxtur Futbol Komandası tərəfdarlarının keçirəcəyi kompaniyaya qoşulub, Urmu Gölü ətrafında (Körpü ətrafı) toplaşıb, simvolik olaraq Gölə su töküb və bu şəkildə etirazlarını bildirsinlər. soydaşlarımız çalışsınlar ki, əllərində Plakat, Afişa (puster) və ... tutub, milli birlikdə həmrəylik göstərsinlər. həmçinin Güney Azərbaycan Televiziyası (GünAzTv), milli saytlar və veblaqlara Film, Şəkil, Xəbər və ... göndərməklə Kütləvi İnformasiya Vasitələrimizə İnformasiya çatdırmaqda yardım etsinlər.

 

Görüşümüz: Aprel ayının 2-i (fərvərdinin 13-ü). Urmu Gölü. Körpü ətrafı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar