SON XƏBƏRLƏR

Güneyli Ozan Araz Elsəs İstanbulda konsert verib

2021.10.20, 07:36
Güneyli Ozan Araz Elsəs İstanbulda konsert verib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycan kökənli tanınmış Ozan Araz Elsəs İstanbulda konsert verib. 2010-cu il mart ayının 26-da (1389-cu il fərvərdin ayının 6-ı) Novruz Bayramı (təbiət günü) münasibəti ilə keçirilən konsertdə çoxlu Azərbaycanlı və Anadolulu soydaşlarımız tamaşaçı qismində iştirak ediblər. konsert Zübeydə Hanım Kültür Mərkəzində keçirilib.

Konsert zamanı Ozan 35 minyonluq Güney Azərbaycan və İranda milli hüquqlarını tələb etdiklərinə görə həbsdə saxlanılan soydaşlarımızı dilə gətirib. Ozanın bu sözləri xüsusi alqışlanıb.

Həmçinin Konsertlə yanaşı Ozanın CDləri, Araz və Təbrizsəsinin öyrənci dərgiləri,Azərbaycanın müxtəlif şəhərlərindən afişalar (puster) və türk yazıçılarının əsərlərindən ibarət sərgi keçirilib. Soydaşlarımızın Ozan Araz Elsəsə xüsusi emosiya  ilə yaxunlaşdıqları bildirilir.

Ozan Konsert bitdikdən sonra "Habermedyaturk" jurnalistinə geniş müsahibə verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar