SON XƏBƏRLƏR

Məhkəmə Həsən Ərk və İbrahim Dəştinin həbsinə dair hökm çıxarıb

2021.10.20, 07:36
Məhkəmə Həsən Ərk və İbrahim Dəştinin həbsinə dair hökm çıxarıb

Gunaz.tv

GünAzTv: Təbrizin İnqilab Məhkəməsi iki tanınmış ziyalı, milli-mədəni fəal Həsən Ərk və İbrahim Dəştinın həbsinə dair həbs hökmü çıxarıb.

Hökmə əsasən milli-mədəni fəalların hər biri 91 gün həbs cəzasına məhkum edilib.

 

adını çəkdiyimiz fəallar 2009-cu il sentyabr ayının 21-də (1388-ci il şəhrivər ayının 30-u) Təbriz zindanı və ETTELAAT (İranın Kəşfiyyat Nazirliyi) təcridxanasında 39 gün həbsdə qaldıqdan sonra 20 və 30 min dollarlıq (20 və 30 milyon tümənlik) mülki vəsiqə müqabilində azad ediliblər.

 

Təbrizin İnqilan Məhkəməsi adını çəkdiyimiz milli-mədəni fəalları Sistemin Əleyhinə Təbliğdə günahlandırıb. ittiham üçün onların "GünAzTv"-ilə müsahibəsi səbəb göstərilir. Məhkəmə İclası isə qapalı keçirilib.

 

Xatırladaq ki, cənab Ərk və Dəşti 2006-ci il 22 may hadisələri zamanı (1385-ci il 1 xordad hadisələri), İran qəzetinin Türklərə qarşı təhqiramiz karikaturanın dərc etdiyi səbəbi ilə kütləvi aksiyalar ərəfəsində tutuqlanıb və bir müddət saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar