SON XƏBƏRLƏR

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: Dörd bənd istisna olmaqla Madrid təklifləri ilə bağlı ümumi razılığa gəlinib

2021.10.20, 07:36
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: Dörd bənd istisna olmaqla Madrid təklifləri ilə bağlı ümumi razılığa gəlinib

Gunaz.tv

GünAzTv: "Ermənistan tərəfi yeniləşmiş Madrid təkliflərinin bəzi bəndləri ilə razı deyil". Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Xankəndində jurnalistlərə açıqlamasında deyib. GünAzTv mətbuat mərkəzinin "Qaynar"-a istinadən yaydığı məlumata görə, Yuri Merzlyakov bildirib ki, hazırda həmsədrlərin verdikləri son təkliflər müzakirə olunur: "Ermənistan tərəfi bəzi bəndlər üzrə razı olmadığını bildirib. Lakin biz vəziyyəti gərginləşdirmirik, çünki bir neçə il əvvəl Madrid prinsiplərini Ermənistan qəbul edirdi, Azərbaycan isə bu təkliflərdən imtina edirdi. Biz razılaşdırılmış nəticə əldə etmək üçün çox iş aparmışıq". Vasitəçinin sözlərinə görə, dörd bənd istisna olmaqla, Madrid təklifləri üzrə ümumi razılığa gəlinib. Y. Merzlyakov həmsədr qismində regiona son səfər etdiyini də bildirib. O yeni vəzifəyə təyin olunacağını deyib. Həmsədr bu postda onu kimin əvəzləyəcəyini bilmədiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar