SON XƏBƏRLƏR

Ağ Ev rəhbəri gözlənilmədən Əfqanistana səfər edib

2021.10.20, 07:36
Ağ Ev rəhbəri gözlənilmədən Əfqanistana səfər edib

Gunaz.tv

GünAzTv: Əfqanistana təxminən 6 saat çəkən səfəri zamanı, Barak Obama Baqram hərbi bazasında Amerika əsgərləri qarşısında çıxış edib və Əfqanistan prezidenti Həmid Karzayla danışıqlar aparıb.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bu nitqin 2 mühüm auditoriyası var idi. Birisi prezident Obamanın qarşısında olan auditoriya idi - Baqram avia bazasında.

Barak Obama əsgərlərə yardım göstərilməsinin davam etdiriləcəyini bildirdi. Onun təbirincə, ğzünün Əfqanistana bu dəfəki səfərinə olduqca mühüm əhəmiyyət verir.

Barak Obama əsgərlərə deyib ki, onun Əfqanistana səfərinin əsas məqsədlərindən biri, Amerika xalqı adından əsgərlərə sağol demək idi.

Barak Obamanın 2-ci auditoriyası Amerika tamaşaçıları idi.

Barak Obamam çıxışı zamanı bir neçə dəfə ABŞ milli təhlükəsizliyi məsələlərinə istinad etdi. Ola bilsinki bununla, onun administrasiyası xatırlatmaq istəyib ki, onun administrasiyası qarşıda gələn illərdə Əfqanistanla bağlı məsələlərlə məşqul olmaq niyyətindədir.

Bu kontekstdə də Əfqanistan prezidenti Həmid Karzayla danışıqlar keçirildi.

Barak Obama Həmid karzaya deyib ki, Əfqanistandakı irəlləyiş onu ilhamlandırırb.

Prezident Obama Həmid Karzayı May ayında Ağ Evə təşrif buyurmağa fdəvət edib.

Lakin tənqidsiz də keçinmədi.

Prezident Obama Həmid Karzay hökümətindəki korrupsiyayla bağlı narahatlığını aydın şəkildə bildirdi.

Barak Obama eləcə də Həmid Karzayı Əfqanistanda narkotik ticarətinin qarşısının alınması üçün səylər göstərməyə çağırdı.

Hərbi rəhbərlik hesab edir ki, narkotik ticarətindən əldə edilən gəlir Talibanın maliyyələşdirilməsinin mühüm mənbələrindən biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar