SON XƏBƏRLƏR

Bu gün Böyük Britaniyada uydurma erməni soyqırımı layihəsi müzakirə ediləcək

2021.10.20, 07:36
Bu gün Böyük Britaniyada uydurma erməni soyqırımı layihəsi müzakirə ediləcək

Gunaz.tv

GünAzTv: Bu gün Böyük Britaniyanın Lordlar Palatası uydurma erməni soyqırımına dair qanun layihəsini müzakirə etməyi planlaşdırıb.

"Armenia Solidarity" təşkilatının bəyanatına əsasən, Britaniyalı parlamentarilərə uydurma erməni soyqırımını qəbul etməyən ölkənin ədliyyə naziri Cek Stroya ünvanlanan tənqid və müzakirələrdə iştiraka çağırışların yer aldığı bukletlər paylanacaq.

Bəyanat müəlliflərinin sözlərinə görə, ədliyyə naziri Krallıq vəkili Ceffri Robertsonun bu yaxınlarda qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi hüquqi fikirləri, həmçinin soyqırımları tədqiq edən Beynəlxalq Alimlər Assosiasiyasının (IAGL) bu mövzu ilə bağlı mövqeyini qəbul etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar