İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Amerikada yaşayan həmyerlimiz, tanınmış araşdırmaçı Dr.Tariyel Azərtürkün GünAzTv Mətbuat Mərkəzinə verdiyi müsahibəsinin ikinci hissəsini oxucularımıza təqdim edirik:
- Son vaxtlar Türkiyə mediasında belə bir yazılar getdi ki, erməni məsələsi komitədə səsə qoyularkən Azərbaycan diasporu türk diasporunun yanında olmayıb və öz mənəvi köməkliyini göstərməyib. Amerikada yaşayan bir şəxs kimi deyilən fikirlərlə razılaşırsınızmı?
- Mən doğrusu bu günü Konqresde aparılan şouya internetlə yayımlanan Türkiyənin TRT türk kanalı vasitəsilə baxırdım. Bütün günü dilxor idim, heç nədən məlumatım yox idi. Birdən ağlıma gəldi ki, tez-tez baxdığım TRT kanalları yəqin ki, bu barədə Azərbaycandakı kimi susmazlar. Mən kanalı açan kimi, Türkiyədən aparıcının dediyi təki "futbol matçında olduğu kimi hesab bizim xeyrimizə 22:19" idi. Azca keçmişdi ki, hesabda düşmən bir səs (oy) qazandı. Sonrakı bir saat ərzində onların və Bermanın fəaliyyəti sayəsində hesab 22:23 oldu və bir nəfərin də səsini (oyunu) gözləmədən "hakim" Berman "fiti çalıb" oyunun qurtardığını xəbər verdi. Biz uduzduq. Yaşlı bir türk repartyoru məlumatı birbaşa zaldan verdiyindən, orada nə baş verdiyini görmək olurdu. O deyirdi ki, bu məclisə Ermənistanın ABŞ-dakı səfiri də qatılıb. Və bununla özünün guya təəccübünü izhar edirdi: "Əgər Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmağa səy göstərirsə, öz səfirini dəxli olmayan bir iclasa niyə göndərib?" mənasında. Sual adamda bir az təəssüf doğursaydı da, Türkiyənin düşmən millətə münasibətini əks etdirirdi.
Yadınıza gəlirmi, qətlə yetirilimiş bir erməni jurnalisitinin dəfnində neçə yüz min türk insanı dövlət tərəfindən küçələrə tökdürülmüş və "Hepsimiz erməniyiz!" sloqanları bir ağızdan deyirdilər. Bizim xalq mahımız olan Sarı gəlin havası hayasızcasına erməni matəm himninə çevirmişdilər. Əsil şou o idi. Cəmi on beş il ondan öncə 25 min azərbaycan türkünü qətlə yetirmiş, on minlərlə yurd yerlərimizi viranəyə çevirmiş bir millətə bu qədər sevgi hardandır? Anlamaq çox çətin olduğu qədər də, bu səhnəni müşahidə etmək ziyada ağrılı idi. Bu gün sanki Türkiyəyə hər şeyi unutdurmuşdular. Erməni terroristləri tərəfindən qətlə yetirilən 35-dən çox həmən jurnalistdən min dəfə dəyərli Türk diplomt oğullarını da. Bu mənada bu cür taleyüklü məsələrlərdə də Türkiyənin, onun liderlərinin düşməndən mərhəmət gözləməsi ağlasığmazdır. Dediyim nə? İclas zamanı kameralar zalı göstərsəydilər də, küçəni nümayiş etdirmirdilər. Orada Azərbaycan diasporasının olub-olmamasını dəqiq deyə bilmərəm. Bizimkilərin olmaması xəbərini mən, Yeni Müsavat qəzetindən oxudum. Qəzet diasporanı etiraza təşkil etmədiyinə görə. Amma inandırıcı faktdır ki, azərbaycanlılar Türkiyənin yanında olsalar da, Azərbaycan canı-dildən, arzu olunan səviyyədə Türkiyəylə işbirliyi qurmur. Qura bilmir. Maneələr çox olsa da, siyasi iradə azdır. Burada hər iki tərəfin günahı var. Yadıma gəlir, qəzetlər yazmışdılar o zaman, Kəlbəcərin işğalı zamanı Prezident Əbülfəz Elçibəy güman bəslədiyi Türkiyəyə zəng vurub, Baş nazirdən 2-3 helikopter verməsini xahiş etmişdi ki, düşmən əhatəsində olan əliyalın camaatı təhlükə zonasından çıxarsınlar. Baş bakan cavabında nə desə yaxşıdır? "Bizim sizinlə umumi sınırlarımız yok, biz size hansı yolla helikopter göndere bilerik, efendim?".
Ancaq Rusiya rəqibə milyarda dollarlıq silah-sursatı gözünü qırpmadan verirdi. Onun da düşmən ölkəylə sərhədləri silinmişdi hələ müharibədən qabaq.. Sonra Azərbaycandan xəbərsiz Sürixdə ermənilərlə iki il gizli danışıqlar aparmaq... Bu əsil qardaş yanğısından xəbər verir, deyilmi? Avropa Birliyində Kipr məsləsi həll olunanda isə bizim nümayəndə heyətinin zalı tərk etməsi; Düşmən bunlardan məharətlə istifadə edir. İndinin özündə belə, nə Türkiyə, nə Azərbaycan heç bir fəaliyyət göztərmir. Heç kəs heç olmasa aldığı rüşvətlə ulu bir millətə qara ləkə yaxan, Sayin Tayyip Erdoğanın dediyi kimi, "Heç Ermənistanın nerede yerleshdiyini haritede göstere (men Türkiyeni de bura daxil ederdim) bilmeyen" Hovard Bermanı, hə deyən konqresmenləri oda, atəşə tutmur. Və konqres də bu cür ətaləti qiymətləndirir. Bu mənada bəli, Azərbaycan Diasporasının iştirak etməməsi söz-söhbəti inandırıcı görünür. Hər halda, hələ heç bir diaspora liderindən bu irada cavab verən olmayıb.
- Amerika-İran münasibətləri neçə illərdir ki, gərgindir. Bütün bunların fonunda Güney Azərbaycan baxış neçədir. Ümümiyyətlə yerli mediada bu məsələ haqqında nəsə yazılırmı? Və əgər yazılırsa da hansı mövqedən yanışılır?
- Bu siyasi fonda "Güney Azərbaycan faktoru" termini ilə adlandırdığım faktoru işə salmalıyıq. Bu bir tarixi fürsətdir və bu fürsətdən məharətlə istifadə etməlikiyk. Nədir dediyim faktor? Biz Amerikaya da, İsrailə də, mesajlar ötürməklə, müharibənin "qaçılmaz olduğu" iddiasından onları əl çəkməyə məcbur edirik. Onlara anladırıq ki, siz əgər İranı zəiflətmək istəyirsinizsə, yüz milyardlarla dollar və minlərlə vətəndaşınızın həyatı bahasına başa gələcək "zərbə endirmək" planlarından əl çəkin. Onlara göstərməliyik ki, hərbi müdaxilə boyda seysmik gücə malik zərbə İranın öz içindədir. Həmin gücü təlatümə gətirmək lazımdır. Yəni Güney Azərbaycan faktorunu. Bu, ən müasir, ən sivil, ən insani yoldur. Millət ayağa qalxır xarici super güclərin dəstəkliyi ilə öz müqaddaratını həll edir. Yəni siz uzaq vuran raketlərlələ işləyincə, Güney Azərbaycana dəstək verin, İranı bircə ilə dizi üstə çökdürsün! Birlikdə, ölüm-itimisiz, qansız-qadasız, topsuz-tüfəngsiz! Azərbaycan ayrılıb, quzeylə biləşsə, İranın İsraili hədələməsinə, uran zənginləşdirməsinə taqəti qalacaqmı? Hər halda, özünə gəlmək üçün Rusiya kimi ona da on illərlə zaman lazım olacaq. Amma biz Amerika və İsrail siyasi və hərbi qüvvələrini bu istiqamətə yönəldəcək ixtiyara, gücə malikikmi? Siyasi kuluarlarda ali qüvvələri xeyrimizə işlədəcək lobbimiz, Amerika və İsrail dövlət orqanlarında sözümüzü deyəcək adamımız yox. Azərbaycan lobbisi və kapitalı isə hələ indi-indi yaranır. Qəzetlərin yazdıqlarına görə, təkcə elə Azərbaycanda 3500 milyonerimiz var. Yəqin ki, qeyri leqal milyarderləri saya bilsəydik, 15-20-yə çatardı sırası. Həmən kapital son 15-20 il ərzində yaranıb, yaranır. Buna şükür etməliyik. Bu cür sürətlə varlanmağımız düşməni təncidə edir. Amma indi gəlin görək, bu kapitaldan bircə manatı milli məsələlərdə yararalnamağımıza xərcləyirikmi? Necə deyərlər, "çölüm özgəni yandırır, içim özümü". Bu mənada medianın çiyinlərinə ağır yük düşür. Nəinki hər iki Azərbaycan vətənpərvərlərinin, hətta bütün dünyanın nəzərini bizə yönəltmək yükü. Bilirsiz, 1990-cı illərdə birdən-birə "İkiyə bölünmüş Azərbaycan" mövzusu dünya mediasına yol açdı. Sanki möcüzə baş vermişdi. Vaxtilə Azərbaycanda tək-tük şairlərimizin "dərdi" olan bu mövzü Amerika və Avropa qəzetlərində işıqlandırılırdı. Lap gənclik illərindən bu məsələni düşünən bir adam kimi təəccübdə qalmışdım. Sən demə, təəccüblü heç nə yoxdur. Çünki o zaman bu mövzu Azərbaycan dövlətinin rəsmi siyasətinə çevrilmişdi. Azərbaycanın o zaman ki, prezidenti mərhum Əbülfəz Elçibəy bütün dünyaya səs salmışdı: "Axı nə təhər olur ki, deyirdi o, İran höküməti hesabatlarında ölkədə neçə milyon baş qoyunun olduğunu dəqiq rəqəmlərlə göstərə bilir, ancaq neçə milyon Azərbaycan türkünün sayını bilmir?". Bütün dünya İrana gülürdü. Əbülfəz Elçibəy Bakını tərk edib gedəndən sonra parçalanma söhbəti həm Azərbaycan, həm dünya mediasında unuduldu. Yeddi ildən sonra o yenidən Bakıya qayıdıb bu problemə yeni nəfəs üfürmək istədi. Bütöv Azərbaycan Birliyini yaratdı. Amma ömür vəfa vermədi. Görünür bu, təkcə Elçibəyin yox, həm də ümid çırağında gözünü döyən hər iki Azərbaycanın qoşa taleyidir. Yadınıza gəlirmi, bir dəfə Bakıda keçirilən Diaspora qurultayında (ili yadımda deyil indi) prezident İlham Əliyev elan etdi: "Mən 50 milyonluq azərbaycanlıların prezidentiyəm!". Bilirsiiz, dünya azərbaycanlılarının ümid çırağı yandı, adamlar qaynaşırdı, hamının qəlbi qürür hissi ilə vurmağa başladı. Xüsusilə bütövləşmə közərində ömürlərini öləziməkdə olan şəm kimi əridənlər lərzəyə gəlmişdilər. Nicat qapılarının Bakıdan açıldığı qərarını verənlər göylə uçurdular. İnanıram ki, yenə də nicat Müstəqil Quzey Azərbaycandan, Bakıdan enməlidir. Lakin bunun üçün Güney Azərbaycanlı doğmalar inadkalıqla, cəsurluqla, qətiyyətlə və əsası, ardıcıllıqla öz müstəqilliklərini tələb etməlidirlər. O zaman gözlədiyimiz "Vahidlik Peyğəmbəri"nin də şimaldan da zühur edəcəyinə inam çoxdur. Bizə bax ilk növbədə hadisələri içindən qızışdırıb, xalqı mübarizə yoluna çıxaracaq bir ilkin Peyğəmbər lazımdır. O zaman bizim media da, dünya mediası da, bizə inanmayanlar da çəkici bir sindana vurar. Hər şeydən əvvəl dünyaya nə istədiyini anlatmalı və bu yolda öz qüdrətini "Ya ÖLÜM, Ya OLUM!" dilemmasında ortaya qoymalısan.
- Beynelxalq münasibətlər sisteminin çətin olduğu XXI əsrdə, iri beynəlxalq birliklərin mövcüd olduğu dönəmdə dediyimiz faktorlar millətimizin birləşməsi üçün əngəl yaratmayacaq ki?
Yaradacaq, özü də çox böyük əngəl yaradacaq. Suala yuxarıda qismən cavab verdim. Ancaq ağrılı yerimizə toxundunuz bu sualla Elnur bəy. Ona görə də yenə də ağrılı, acılı yaxın keçmişimizə qayıtmasaq, cavab dolğun olmayacaq. 1946-da Güney Azərbaycan Sovet sisteminin ən böyük arzusunu həyata keçirmişdi. Azərbaycan türkləri yeganə millət idi ki, Rusiyadan sonra kapitalist ölkələrindən birində inqilab edib, hakimiyyəti ələ almışdı. Bu, Kubadakı Fidel Kastro inqilabından 14 il qabaq bizdə baş vermişdi. Qalan ölkələrə sistem öz zəhərli toxumunu Qızıl ordunun işğalçı əlilə və az sonra II Dünya müharibəsindəkı ümumi qələbənin hesabına səpmişdi. Axı o zaman Lenin-Stalin siyasəti "sosialist inqilabını ixrac edirdi". Lap əmtəə kimi. Ancaq Güney Azərbaycanda inqilab ixracsız millətin azadlıq ruhundan alovlanmışdı. Və hələ Dəli Pyotrun arzuladığı Rusiyanın Sakit Ümmana çıxış yolunun ən böyük addımını da atmışdı. Qədim adı türkcə səslənən Kəngər (indiki Fars) körfəzinə çıxmaq üçün tarixi amac və şansına yaxın olduğu məqamda belə, bir tərəfdən milli mənafelər (Stalin və Mikoyanı nəzərədə tuturam), digər tərəfdən siyasi mənafelər (ABŞ-ı və İngiltərəni nəzərdə tuturam) Azərbaycan İnqilabını qan gölündə boğdular. Təzəcə doğulmuş körpəmizi belə canavar kimi didib-dağıtdılar super dövlətlər. Biz dörd dövlətin əlində olan ən müasir silahlarla qanımıza qəltan edildik. Fiziki və mənəvi soyqırımına məruz qaldıq. Hələ heç olmasa bu soyqırımını səsləndirməyə belə cıqqırımız çıxmır. Çünki bizi eşidəcək superlərin özü törədiblər onu. Kimə deyəsən? Bu mənada arxalanmağa adamımız yox. Bizə arxa yalnız Prezident İlham Əliyevin dediyi "50 milyonluq" xalqdır.Bilirsiz bir vacib detalı da qeyd etməmək olmur. Bunu nəzrədən qaçırmamalıyıq. Görürsünüzmü, Amerika və Avropa dövlətəri bir hey İranı hədləyəirlər. Lakin son məqamda qərar verən yoxdur. Burada süni yaradılmış "Hind-Avropa" kökənliyi də, yəni "ari"çilik qan qohumluğu da öz işini görür. Yəni son anda Avropa liderləri anlayırlar ki, " yuxarı tüpürsələr bığ, aşağı tüpürsələr saqqaldır". Yəni uzaq-uzaq qohumluq telləri hər halda ürəkləri gizildədir. Hamımız insanıq. İrana həqiqətən zərbə vurmaq istəyən bir qüvvə var ki, o da Əhmədinejatın qaraqışqırıqlarla gah "Alaskaya köçürmək istədiyi", gah "Süpürgə ilə Yer üzündən süpürmək" istədiyi, hər çıxışında həm də "Holokostu" inkar ertməsi ilə yarasının qaysaqlarını sıydırdığı İsraildir. Sami mənşəli İsrail. Yəni öz "ari"çiliyini dünya "ari"çiliyinə qatmayan İsrail. Məhz onda dediyim "bığ-saqqal" məsələsi yoxdur. Bax buna görədə "Güney Azərbaycan faktoru"ilə işləmək lazımdır. Çünki İsrail 2500 il öncə I Daranın yəhudilərə etdiyi yaxşılığı unutmasa da, Əhəmdinejatın hədələrindən boğaza yığılıb. İncilin yazdığına görə Babil hokmdarı Nəbuhəddnəzər İsraili işğal edib yüz minlərlə yəhudini "kotana qoşmaq üçün Babilə əsir" gətirir. Ulu hökmdarın vəfatından sonra taxta çıxmış gənc nəvəsi Belşəzzər dövründə Babili işğal etmiş Dara, yəhudilərin əsirlikdən vətənlərinə geri dönmələrinə fərman verir. Buna görə İncilin sətirlərində basşkəsən Daraya həlim münasibət indi də var yazılı şahidlik edir. Bu gün azərbaycanlı dini lider Xamneyinin ətəyini öpməyə səy göstərən və özünü əhəmənilərin varisi sayan Əhmədinejatın İsrailə qarşı düşmən münasibəti hər an qıcıqlanan İsraillə və dünya yəhudi lobbisi ilə işbirliyi qurub dediyim faktoru işlətmək üçün böyük stimuldur. Onu da bacarmırıq. Yaxud da əhəmiyyət vermirik. Ancaq biz bu gücdən hər vasitə ilə istifadə etməliyik. Anlamalıyıq ki, itirilmiş torpaqlarımızın qaytarılmasının, Araz sahillərinə yenidən çıxmağımızın, Naxçıvanla quru yolları kol-kosdan təmizləməyimizin müqəddəs yolu Güney Azərbaycanın müstəqilliyi üstündən keçir. Çabalar bu səmtdə qardaşlaşmağa səy göstərdiyimiz İsraillə birgə aparılmalıdır. Tareyil bəy, təşəkkür edirik suallarımızı cavablandırdığınıza görə və Sizi bir daha qarşıdan gələn Bahar Bayramının gəlişi münasibəti ilə ürəkdən təbrik edirik.
Mən də sizə təşəkkür edirəm Elnur bəy. Fürsətdən istifadə edib mən də öz növbəmdə, sizin də, bütün dünya azərbaycanlılarının da Bahar bayramlarına Mübarək deyirəm!
Söhbətləşdi:Elnur Eltürk
P.S Dəyərli alimimizlə müsahibə 17 mart 2010 ci il tarixində alınmışdır.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu