SON XƏBƏRLƏR

Təbrizin İnqilab Məhkəməsi milli-mədəni fəal Əli Vəkili barədə axtarış elan edib

2021.10.20, 07:36
Təbrizin İnqilab Məhkəməsi milli-mədəni fəal Əli Vəkili barədə axtarış elan edib

Gunaz.tv

GünAzTv: Təbriz İnqilab Məhkəməsi milli-mədəni fəal Əli Vəkili haqqında axtarış elan edib. Bir müddət əvvəl bir il həbs cəzasına məhkum olmuş fəal haqqında, heç bir ixtar olmadan axtarış elan olunub.

 

GünAzTv mətbuat mərkəzinə etibarlı mənbədən daxil olan məlumata görə, onun zamini (qarantı şəxs) girov qoyduğu vəsiqəni ehtiyac ucbatından geri almaq istəyib. məhz bundan sonra adını çəkdiyimiz soydaşımız haqqında axtarış elan olunub.

 

Məlumata görə cənab Vəkili dünən mart ayının 27-də məhkəməyə müraciət edib və həbs olunmalı idi. Ancaq dünən həbs olunub vəya olunmadığı haqda hələlik məlumat yoxdur. Yeni xəbər olduğu təqdirdə sitəmiz tərəfindən yayımlanacaq.

 

Qeyd edək ki, cənab Əli Vəkili bir neçə ay öncə Təbriz İnqilab Məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilmişdi. Məhkəmə onun Güney Azərbaycan İstiqlal Partiyasında (GAİP) üzv olduğunu, GünAzTv ilə telefonla əlaqə saxladığını bildirir və bununlada onu Sistemin Əleyhinə fəaliyyətdə günahlandırır. Belə ki o Güney Azərbaycan İstiqlal Partiyasına öz koordinatını (müşəxxəsatını) göndərib və sözü gedən Partiyada üzv olmaq məqsədi ilə onun Əsasnaməsini mütaliə edib. Məhkəmə isə bu iddialara əsaslanaraq bir il həbs cəzası barədə hökm çıxarıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar