SON XƏBƏRLƏR

Ərdoğan İsraili sərt tənqid etdi

2021.10.20, 07:36
Ərdoğan İsraili sərt tənqid etdi

Gunaz.tv

Gün AzTv: "Qüdsü İsrailin bölünməz paytaxtı hesab etmək ağılsızlıqdır". Belə bir bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ərəb Ölkələri Liqasının sammintində çıxış edib. Gün AzTv mətbuat mərkəzinin "anspress"-ə istinadən yaydığı mməlumata görə, "İsraillilər deyirlər ki, Qüds, İsrailin bölünməz və vahid paytaxtıdır. Bu fikir ağılsızlıqdır", - deyə türkiyəli baş nazir bildirib.

Ərdoğan qeyd edib ki, Təl-Əviv bütün müsəlmanlar üçün müqəddəs yer hesab olunur. Biz İsrailin Təl-Əviv və müsəlmanların müqəddəs yerlərinə hücum etmələrinə sakit yanaşa bilmərik.

Qeyd edək ki, Şərqi Təl-Əviv 1967-ci ildə İsrail tərəfindən işğal olunub və Ərəb-İsrail münasibətlərinin nizamlanmasında bu ərazi əsas əhəmiyyət kəsb edir. Fələstinlilər burada öz paytaxtlarının təməlini qoymaq niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar