SON XƏBƏRLƏR

İçərişəhərdə baş vermiş partlayış nəticəsində iki nəfər həyatını itirib

2021.10.20, 07:36
İçərişəhərdə baş vermiş partlayış nəticəsində iki nəfər həyatını itirib

Gunaz.tv

GünAzTv: Bakı şəhəri Səbail rayonu, İçərişəhər qoruğunda yaşayış binasında baş vermiş yanğın 300 kv/m ərazini əhatə edib. fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə yanğının ilkin ehtimallara görə, qaz sızmasından baş verdiyini bildirib. GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Martın 27-si saat 21 radələrində Mirzə Şəfi Vazeh küçəsi, 12 ünvanında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə məlumat daxil olduğunu qeyd edən nazir müavininin sözlərinə görə, 3-cü dərəcəli çağırışla hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Qaz sızmasından baş verən və sonradan yanğına keçən partlayış nəticəsində mənzillərdən birinin tavanı uçub, mənzildə yaşayan iki nəfər dağıntılar altında qalıb. E. Mirzəyev bildirib ki, görülən tədbirlər nəticəsində bir kişi və bir qadının cəsədi dağıntılar altından çıxarılıb. Kliniki Tibbi Mərkəzdən (KTM) APA-ya verilən məlumata görə, bunlar Mrzə Şəfi Vazeh küçəsi, 12 ünvanında yaşayan 1925-ci il təvəllüdlü Akif Əhmədov və 1937-ci il təvəllüdlü Elmira Axundovadır. Onların ər-arvad olduqları bildirilir. KTM-dən o da bildirilib ki, hadisə zamanı yanıq xəsarətləri almış Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, 36 yaşlı Füzuli Mustafayev Mərkəzə yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar