SON XƏBƏRLƏR

Ankara rəsmiləri arasında İranla bağlı fikir ayrılığı üzə çıxıb

2021.10.20, 07:36
Ankara rəsmiləri arasında İranla bağlı fikir ayrılığı üzə çıxıb

Gunaz.tv
GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla prezident Abdulla Gül arasında İran məsələsində ciddi ziddiyyət üzə çıxıb. "CNN Türk" kanalı xəbər verir ki, prezident A.Gül ABŞ-ın "Forbes" jurnalına müsahibəsi zamanı İranın nüvə silahı əldə etmək istəyindən şübhə duymadığını açıqlayıb. A.Güldən fərqli olaraq Ərdoğan dəfələrlə bəyan edib ki, İranın nüvə fəaliyyətləri dinc məqsədlidir və bu ölkəyə qarşı göstərilən təzyiqlər ədalətsizdir. Lakin prezident bildirib ki, şəxsən onun İranın nüvə silahına malik olmaq istədiyindən heç bir şübhəsi yoxdur. A.Gülün sözlərinə görə, İranın bu istəyi yeni deyil və şah dövründə yaranıb. Bununla belə Türkiyə prezidenti hesab edir ki, nüvə silahına malik olan İran İsrail üçün təhlükə təşkil etməyəcək: "Hesab edirəm ki, İsrailin bundan qorxması gərək deyil. İran nüvə silahı əldə etsə belə onu İsrailə qarşı tətbiq edə bilməz. Çünki nüvə zərbəsi nəticəsində fələstinlilərə və Qüdsdəki əl-Əqsa məscidinə də zərər verəcəyindən ehtiyatlanacaq". Türkiyə prezidentinin sözlərinə görə, Yaxın Şərqdə nüvə silahlarının olması bu regionda daimi gərginlik mənbəyinə çevriləcək. Ona görə də region belə silahlardan azad edilməlidir, lakin bunun üçün İsrailin təhlükəsizliyinin təminat altına alınması vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar