SON XƏBƏRLƏR

İsrail parlamenti qondarma “erməni soyqırımı”nı tanıya bilər

2021.10.20, 07:36
İsrail parlamenti qondarma “erməni soyqırımı”nı tanıya bilər

Gunaz.tv

GünAzTv: Aprel ayında qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsi İsrail parlamentinin (Knessetin) müzakirəsinə çıxarılacaq. Bu barədə APA İsrailin "İzRus" saytına istinadən xəbər yayıb.

 

Layihənin müəllifi müxalifətdəki solçu "Meretz" partiyasının lideri Haim Orondur. Ötən il Oronun təşəbbüsü Knesset tərəfindən dəstəklənməmişdi. Amma Türkiyə-İsrail münasibətlərindəki gərginlik səbəbindən İsrailin "erməni soyqırımı"nı tanıyacağı istisna edilmir.

Türkiyənin İslam dünyasına və xüsusən ərəb ölkələrinə yönəlik himayəçilik siyasəti də ötən il İsrail parlamentində "erməni soyqırımı"nın tanınmasının əleyhinə səs verənlərin mövqeyini zəiflədən əsas amillərdən biri kimi qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar