İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
GünAzTv: İranın ətrafında çəmbər daralır. Azərbaycanlı iş adamına məxsus Rusiyanın "LUKoyl" şirkəti İrandan çıxdı. Bu şirkətin rəhbəri Vahid Ələkbərov Rusiya büdcəsinə ən çox vergi verən şəxslərdən biri kimi Kremlə xüsusi yaxınlığı ilə tanınır. Ikinci məsələ də Çinlə bağlıdır. Uzaq şərqdən gələn xəbərdə isə rəsmi Pekin Irandan alacağı enerjinin miqdarını 40 faiz azaltmaqla bağlı qərar verib. Deməli, Iran əleyhinə koalisiya lazım olan qüvvələri əhatə edib. Bununla da əsas sual ortaya çıxır. Irana hərbi müdaxilə realdırmı? Ikincisi - yeni yaranmaqda olan beynəlxalq siyasi vəziyyət region ölkələri üçün nə vəd edir? Əslində baş verənlər müharibəyə hazırlıqdırmı, yoxsa müharibə təhlükəsini aradan qaldırmağa birgə cəhd? Istənilən halda baş verənlərin təsiri Azərbaycandan da yan keçməyəcək və bu təsirlərin hansı istiqamətdə olacağı barədə yazacağıq. Bizi xüsusilə maraqlandıran suallar isə Rusiyanın və Çinin bu prosesə nəyin müqabilində və hansı şərtlər daxilində qatılmalarıdır. Bu, ümumiyyətlə, Moskvadan və Pekindən qidalanıb, ABŞ-a buynuz göstərən xırda diktatorlara hansı mesajdır? Araşdırmağa cəhd edək.
Rusiya "imicini düzəltdi"...
Hələ bir neçə ay öncə Rusiyanın Iran məsələsində ABŞ-ın mövqelərinə yaxınlaşdığını yazmışdıq. Burada əsas məsələ təbii ki, ABŞ-ın zəif halqaları tapıb doğru nöqtələrdən işə nüfuz etməsidir. Rusiya ciddi maliyyə böhranı yaşayır və bu ölkənin maliyyə naziri Kudrin hələ aylar öncədən sos verirdi. O, Rusiyanın Qərb dairələri yanında imicini qaldırmasının və lazım olan kreditin alınmasının vacibliyini dəfələrlə vurğulayıb. LUKoyl-un Irandan çıxması iki mühüm məsələnin anonsudur. Bunlardan ən başlıcası Iranın qarşılaşacağı iqtisadi sanksiyaların miqyasının kəskin olacağıdır. Yəni Iranda fəaliyyət göstərərək bu sanksiyalardan yaxa qurtarmaq, ziyan çəkməmək mümkün olmayacaq. Bu həm makro-sistemlə bağlı olan məsələdir, həm də belə sanksiyaları tətbiq edən güclərlə qarşı-qarşıya gəlməyin yaradacağı çətinlikdir. Deməli, Rus neft şirkəti həm də kənardakı biznesini qorumaq üçün bu addımı atıb. Xatırladaq ki, "LUKoyl" Iraqda neftin istismar olunmasında paya sahibdir və ABŞ şirkətlərinin ciddi tərəfdaşıdır. Rusiya rəsmilərinin televiziya vasitəsilə Irana sanksiyaların qaçılmaz olması barədə dedikləri isə bu addımın koordinasiyalı atıldığına işarədir. Beləliklə, Rusiya AB və ABŞ-dan ciddi maliyyə dəstəyi alacağının qarşılığında Irana qarşı iqtisadi sanksiyaların başlanmasına razı olub. Eyni zamanda belə fikirlər də var ki, Rusiya Qərblə Şimal bölgələrində infrastruktur layihələrinin dəstəklənməsi barədə də razılığa gəlib. Bu da Çinin Rusiyanın şimalına səssiz miqrasiya siyasətinin qarşısını almağa hesablanmış projedir. Rusiyanın bir çox istiqamətlərdə vəziyyətinin çətin olması onu deməyə əsas verir ki, o Cənubi Qafqazdakı maraqları uğrunda da ciddi müqavimət göstərə bilməyəcək. Amma başlıca məqam bundan ibarətdir ki, AB Cənubi Qafqaz məsələsində heç bir şərtlə razılaşmır və bu coğrafiyanı şərtsiz öz siyasi və mədəni-inzibati xəritəsinə salmaq fikrindədir. Bu məsələdə Rusiya xeyli dərəcədə passiv görünür... Beləliklə, Rusiya özünü qorumaq üçün ona yapışanlardan imtina etmiş görünür. Təbii ki, mümkün olanı saxlamağa cəhd də edir, amma Kreml indi özündən başqa heç kimin halına acımaq durumunda deyil...
Pekinin faiz müharibəsi
ABŞ-la Çin arasında son gərginlik əslində başqa gözləntini qabardırdı. Ekspertlər belə hesab edirdilər ki, Çinlə ABŞ arasında gərginləşən münasibətlər son anda Çinin Iranı müdafiə etməsi ilə nəticələnəcək. Yəni rəsmi Pekin ABŞ-ın nüfuzunun geniş yayılmasına qarşı Irana sanksiyaların tətbiq olunmasına qarşı olacaq və bununla da BMT Təhlükəsizlik Şurasının üzvlərindən daha birinin rəyi olmadan addımlar atmaq ABŞ-ı beynəlxalq qınaqla üz-üzə qoyacaq. Amma Çin gözlənilənin tam əksini etdi. Təkcə təklif olunan sanksiya qərarını dəstəkləmədi, həm də bu sanksiyalara özü qoşuldu. Irandan alacağı enerji məhsullarının həcmini qırx faiz azaltmaq haqda qərar qəbul etdi. Beləliklə də əsas gözlənti baş tutmadı və əksinə, hər kəs bu qərarın əsl səbəbi barədə düşünür.
Çin niyə sanksiyalara qoşuldu?
Bəli, Iran ətrafında iqtisadi təzyiqlər çəmbəri daralırdı və belə görünür ki, Çin burada əsas elementlərdən biri kimi vacib idi. Yoxsa, Irana hərbi müdaxilələr qaçılmaz ola bilərdi. ABŞ administrasiyası belə hesab edir ki, verdiyi vədlərlə spekulyasiya etmək Buş hökuməti ilə müqayisə olunmağa səbəb ola bilər və bundan sonra siyasətin ardıcıllığı prinsipi pozular. Ona görə də Iranı razı salmaq üçün bütün təzyiqlərdən istifadə edilməlidir. Amma Çinin bu təzyiqlərə qoşulmasıyla Iran həm də iqtisadi baxımdan az itkiyə məruz qalır və mümkün müharibəyə psixoloji və iqtisadi baxımdan az hazırlıqlı olmur. Beləliklə, ABŞ Çinin iqtisadi sanksiyalara qoşulmadığı halda hərbi müdaxiləyə üstünlük verə bilər deyə, Çin bu mümkün müdaxiləni önləməyə çalışıb. Pekinin Irandan aldığı neftin həcmini bu qədər azaltması əslində ABŞ-a ciddi mesajdır. Bu o deməkdir ki, böyüklər dünyada daha bir böyük arzulamamaq məsələsində anlaşıblar. Və Iranın ABŞ-ın rəqiblərinə arxalanması özünü doğrultmadı. Məsələ burasındadır ki, Iran əldə edəcəyi nüvə silahı ilə daha çox Çinin və Rusiyanın bazarına girir, nəinki ABŞ-ın. Ona görə də Moskvadan və Pekindən olan dəstəyin bəlli bir məsafəyə qədər olacağını planlaşdırmamaq ciddi səhv kimi görünür.
İrana müdaxilə olsaydı...
Əslində Rusiyanın və Çinin ABŞ-a bu cür dəstəyi Irana hərbi müdaxilənin vuracağı zərbədən bir az fərqli ziyan vurub. Yəni hərbi müdaxilə iqtisadiyyatı necə zəiflədəcəkdisə, Iran bu müdaxiləsiz də xeyli geri düşəcək. Proseslərin niyə bu axarda getməsinə gəlincə isə, görünür, Əhmədinejad bir neçə məsələdə düz hesablaya bilməyib. Birincisi, Iraqda ABŞ-ın həqiqətən də sülh yarada bilmədiyinə inanıb. Əslində isə Iraq və Əfqanıstan ABŞ ordusu üçün canlı təlim sahələridir və bu ölkələrdə sabitliyin olmaması yerli malların dünya bazarına baha qiymətə çıxarılması deməkdir. Çin isə ABŞ-a həm də ona görə dəstək verdi ki, müharibə ABŞ-ın daha bir ayağını da okeanın bu tayına qoymağa şərait yarada bilərdi...
İroniya və analitika...
ABŞ-ın Çini bu qədər sıxışdırmasından sonra Çinin belə müticə Vaşinqtona dəstək verməsi onu göstərir ki, Çin hökumətini milli satqınlar bürüyüb. Bu ölkədə Əli Əhmədov, Əli Hüseynov və nəhayət Mübariz Qurbanlı yoxdur ki, imperializmin cavabını versin. Çində "Yeni Azərbaycan" qəzeti yoxdur ki, Quantanamonun şəkillərini çap eləyib ABŞ-ı nüfuzdan salsın. Mən bu Çinin axırını heç yaxşı görmürəm...
Seymur Həziyev
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu