SON XƏBƏRLƏR

Azərbaycan Bu gecə yay vaxtına keçir

2021.10.20, 07:36
Azərbaycan Bu gecə yay vaxtına keçir

Gunaz.tv
GünAzTv: Martın 27-dən 28-nə keçən gecə saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. GünAzTv: Martın 27-dən 28-nə keçən gecə saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da Azərbaycanda yay vaxtına keçid tətbiq olunacaq. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına düşür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar