SON XƏBƏRLƏR

BMT-dən İrana daha bir çağırış

2021.10.20, 07:36
BMT-dən İrana daha bir çağırış

Gunaz.tv

GünAzTv: BMT-nin ali kommunikasiya agentliyi İranı beynəlxalq peyk yayımlarının pozmasını dayandırmağa çağırıb. Beynəlxalq Telekommunikasiya (irtibatat şəbəkəsi) Birliyinin açıqlamasına görə, xarici peyk siqnallarına müdaxilə qadağandır. Agentlik İran hökumətini qısa ittihamla kifayətlənsə də, göstərib ki, dalğaların qarşısını alan mənbə İrandan gəlir.

Birlik peyk provayderi Eutesat-ın adından Fransanın etdiyi şikayətlərdən sonra bu bəyanatı açıqlayıb. Provayder iddia edir ki, İran keçən ilin iyun ayından, iranda hökumət əleyhinə aksiyalara yol açan mübahisəli prezident seçkilərindən bəri Amerikanın səsi və BBC-nin Fars dilində yayımlarına blok qoyub. İranın bu addımını Avropa Birliyi də qınayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar