SON XƏBƏRLƏR

Nazir: Azərbaycan tərəfi prinsipcə, Madrid təkliflərini qəbul edib

2021.10.20, 07:36
Nazir: Azərbaycan tərəfi prinsipcə, Madrid təkliflərini qəbul edib

Gunaz.tv
GünAzTv: Moskvada MDB ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ayrılıqda Rusiyanın xarici işlər naziriylə görüşüblər. GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Elmar Məmmədyarov və Edvard Nalbandyan Serqey Lavrovla əsasən Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə ediblər. Görüşlərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bizim Moskva müxbirimiz Eldar İsmayılzadənin suallarına cavab verib. Müxbirimizin ilk sualı belə olub - Azərbaycan prezidenti bildirir ki, Qarabağ danışıqları son mərhələsindədir. Elədirsə, nizamlanma müqaviləsinin imzalanmasını nə zaman gözləmək olar: Elmar Məmmədyarov - Son mərhələ odur ki, yeniləşdirilmiş Madrid sənədi masa üzərindədir. Həmsədrlər artıq öz təkliflərini təqdim eləyiblər. Azərbaycan tərəfi prinsipcə, bu təklifləri qəbul edib. İndi baxaq görək Ermənistanın cavabı nə olacaq. Bəzi bəyanatlarda onlar deyirlər ki, biz də qəbul edirik, bəzilərində isə deyirlər ki, yox, hələ qəbul etmirik. Ona görə də mənim Rusiyanın xarici işlər naziri Serqey Lavrovla bugünkü görüşümdə buna da toxunulub ki, nə zamanki, hər iki tərəf əsas prinsiplərlə razılaşsa onda biz böyük sülh sazişi layihəsi üzərində gərək işimizi başlayaq. Sual - Siz Ermənistan nümayəndələriylə təmasda olmusunuz, oradan konkret cavab yoxdurmu? Elmar Məmmədyarov - Biz bu məsələni vermişik Minsk qrupunun həmsədrlərinə. Həmsdrlər gələn həftə yenə Yerevanda olacaqlar və danışıqları davam etdirəcəklər. Bu danışıqların nəticəsində biz növbəti mərhələdə görəcəyik ki, proses necə gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar