SON XƏBƏRLƏR

Səid Mətinpurun azadlığı üçün İngiltərə və Almaniyada İmza Kompaniyası və Aclıq Aksiyasi keçirilib

2021.10.20, 07:36
Səid Mətinpurun azadlığı üçün İngiltərə və Almaniyada İmza Kompaniyası və Aclıq Aksiyasi keçirilib

Gunaz.tv

GünAzTv: İngiltərə və Almaniyada İranda Azerbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) dəstəyi ilə Səid Mətinpurun azadlığı üçün İmza Kompaniyası və Aclıq Aksiyası keçirilib.

 

Mərasim iştirakçıları Səid Mətinpurun səhhətində yaranan jiddi problemləri o cümlədən iki dəfə ürək krizi keçirməsini nəzərə alaraq onun Evin Zindanının xaricində müalicəsini və qeyd-şərtsiz azadlığını tələb ediblər.

 

Londonda İngiltərə Parlamentinin qarşısında 2010-cu il mart ayının 16-dan 18-nə (1388-ci il isfənd ayının 25-dən 27-nə) qədər Azərbaycanlı milli fəallar əllərində plakat tutub və 3 günlük Aclıq Aksiyasi keçiriblər. onlar Azərbaycanlı jurnalist və insan haqları müdafiəçisi cənab Mətinpurun azadlığını tələb ediblər.

 

Londonda yaşayan Azərbaycanlı milli fəalların cəhdi və ADAPP-ın dəstəyi nəticəsində həyata keçirilən aksiyalarda Səid Mətinpurun insan haqları və jurnalistka sahəsindəki fəaliyyəti yerli KİV-i və İngiltərə ictimaiyyətinə çatdırılıb. Soydaşlarımız İngiltərə ictmaiyyətinin diqqətini cənab Mətinpurun səhhətinə və onun Evin zindanındakı durumunada cəlb ediblər.

 

Bu mərasimdə İngiltərə vətəndaşları İmza Kompaniyasına qoşulub, Səid Mətinpurun acınacaqlı vəziyyətinə etiraz edib və onun qeyd şərtsiz azadlığını tələb ediblər.

 

Analoji mərasim Almaniya Heidelberg şəhərinin Qlurya kinoteatrının zalında keçirilib. Mərasimi ADAPP üzvləri Almaniya Beynəlxalq Əfv Təşkilatının dəstəyi ilə həyata keçirib. 2010-cu il mart ayının 21-də (1389-cü il fərvərdin ayının 1-i) keçirilən mərasimdə Səid Mətinpurun səhhətidə yaranan sorunlar və onun Evin zindanındakı durumu Almaniya ictimaiyyətinə çatdırılıb.

 

Keçirilən İmza Kompaniyasına çoxlu Almaniyalı qoşulub. Həmçinin İranda insan haqları və Azərbaycan Türklərinin milli hüquqlarının pozulması ilə bağlı Almaniya vətəndaşlarına braşuralar təqdim edilib.

 

Xatırladaq ki. Səid Mətinpur Azərbaycan türklərinin milli hüquqlarının tapdalanması ilə bağlı xəbərləri dünya ictmaiyyətinə çatdırmağa çalışdığı üçün İran hakimiyyəti tərəfindən tutuqlanıb və 8 il azadlıqdan məhrum edilib. Hökümət onun Türkiyədə İnsan Haqları ilə bağlı keçirilən Konfransda iştirak etdiyi üçün həbs etdiyini səbəb kimi göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar