SON XƏBƏRLƏR

Yeni «Qaz OPEKİ»-i yaradılır

2021.10.20, 07:36
Yeni «Qaz OPEKİ»-i yaradılır

Gunaz.tv
GünAzTv: Dünyanın ən iri qaz ixracatçıları - Rusiya və Qətər yeni «Qaz OPEKİ»ni yaratmaq istəyir. Məqsəd «Qazprom» və «Qətər petrolium» şirkətlərinin birgə əməkdaşlığı sayəsində, qaz istehsalında inhisara sahib olmaq və mavi yanacağın dünya qiymətlərinə nəzarət etməkdir. Bu məsələ Rusiyanın baş naziri Vladimir Putinlə Qətərin xarici işlər naziri Həmid Bin Cəsəm Əl-Tani arasındakı danışıqlarda əsas müzakirə mövzusu. Görüşdə, qətərin 900 trilyon kubmetr mavi yanacaq ehtiyatına malik «Nouz fild» yatağının işlənməsində «Qazprom» şirkətinin iştirakı da müzakirə olunub. Hazırda Qətər dövləti Rusiyanın Avropaya qaz ixracında bir nömrəli rəqibi hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar