SON XƏBƏRLƏR

AKP-nin yeni “erməni açılımı”

2021.10.20, 07:36
AKP-nin yeni “erməni açılımı”

Gunaz.tv
GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Londona səfəri zamanı ölkəsində qeyri-qanuni yaşayan erməni miqrantların qovula biləcəyi haqda xəbərdarlığından sonra onun başçılıq etdiyi hökumət yeni "erməni açılımı" təşəbbüsü irəli sürüb. GünAzTv mətbuat mərkəzinin musavat-a istinadən yaydığı məlumata görə, Baş nazirin müavini Bülənt Arınç deyib ki, hökumət ölkədə qanunsuz yaşayan erməni miqrantların uşaqlarını İrəvana deyil, məktəblərə göndərməyə hazırlaşır. Arınc Türkiyə ermənilərinin dini liderlərindən Aram Atəşyanla görüşündə deyib ki, on minlərlə erməni uşağı valideynlərinin qeyri-qanuni yaşaması üzündən məktəbə gedə bilmir. Ona görə də hökumət bu problemi aradan qaldırmaq üçün xüsusi layihənin icrasına başlamağa hazırlaşır. Məlumatlara görə, artıq baş nazir Ərdoğan erməni uşaqlarının məktəbə getməsini təmin etmək üçün təhsil naziri Nimət Çubukçuya təlimat verib. Təlimata uyğun olaraq erməni uşaqları Türkiyədə öz dillərində təhsil ala biləcək, bunun üçün özəl məktəblərdən istifadə olunacaq. Xatırladaq ki, Ərdoğanın Londonda verdiyi açıqlamalar onun öz ölkəsində birmənalı qarşılanmayıb və bir çox qəzetlər baş nazirin "erməniləri qovarıq" xəbərdarlığını yersiz sayaraq həddən artıq erməni təəssübkeşliyi nümayiş etdiriblər. Ərdoğan isə səfərdən dönəndən sonra deyib ki, yerli və xarici mətbuat onun sözlərini təhrif edərək kontekstdən çıxarıb. Baş nazirə görə, söhbət ancaq ondan gedirdi ki, Türkiyədə qeyri-leqal yaşayan erməni miqrantları qanunların tələb etdiyi kimi deportasiya edilə bilər. Ərdoğan bunun ermənilərin Türkiyədən kütləvi şəkildə qovulması mənasını verməyəcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar