SON XƏBƏRLƏR

Güney Azərbaycanda Araz çayının tüğyanı maddi xəsarətə səbəb olub

2021.10.20, 07:36
Güney Azərbaycanda Araz çayının tüğyanı maddi xəsarətə səbəb olub

Gunaz.tv

GünAzTv: Keçən günlərdə tüğyan edən Araz Çayı Güney Azərbaycanın Çay ətrafındakı bölgələrində  problemlər yaradıb.

Tüğyan Araz çayı ətrafında yerləşən Poldəşt (ərəblər) şəhərinə 1100000000 tümən (1 milyon 100 min dollar) xəsarət vurub.

GünAzTv mətbuat mərkəzinin BTN-ə istinadən yaydığı məlumata görə, Araz suyunun daşması nəticəsində  500 hektar əkinəcək yeri məhv olub və 220 yaşayiş məntəqəsinə  jiddi ziyan dəyib. Bu barədə Poldəştin İcra Hakimi (fərmandar) məlumat verib.

Onun sözlərinə görə hazırda Qara Qoyun, Təzə kənd və Zəngənə kəndlərində vəziyyətin adiləşməsi uğrunda işlər gedir və Maku İlə Poldəşt arasında Boralan yolu vasitəsi ilə irtibat bərpa olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar