SON XƏBƏRLƏR

Bir neçə konqresmen Ermənistan və Dağlıq Qarabağa yarıdım artırmağı hədəfləyib

2021.10.20, 07:36
Bir neçə konqresmen Ermənistan və Dağlıq Qarabağa yarıdım artırmağı hədəfləyib

Gunaz.tv
GünAzTv: Bir qrup ABŞ (Amerika Birləşmiş Ştatları) konqresmeni 2010-cu ildə Ermənistana, 2011-ci ildə isə Dağlıq Qarabağa yarıdımı artırmağı hədəfləyib. GünAzTv mətbuat mərkəzinin Mediaforum-a istinadən yaydığı məlumata görə, Başda Frenk Pallone olmaqla 27 ermənipərəst konqresmen Nümayəndələr Palatasının büdcə, xarici əlaqələr komitələrinə, ABŞ-ın müvafiq dövlət idarələrinə məktub göndərərək Ermənistan və Dağlıq Qarabağa maliyyə yardımını artırmağı tələb ediblər. F.Pallone Vaşinqtonu Azərbaycan və Ermənistana hərbi yardımda pariteti qorumağa və Dağlıq Qarabağa birbaşa təmas qurmağa da çağırıb. "Turan"ın məlumatına görə, F.Pallone konkret rəqəmlər də göstərib. O, Dağlıq Qarabağa yardımın indiki 8 milyon dollardan 10 milyon dollara, Ermənistana isə 41 milyon dollardan 70 milyon dollara qədər artırılmasını istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar