SON XƏBƏRLƏR

İsveç Türkiyədən üzr istədi

2021.10.20, 07:36
İsveç Türkiyədən üzr istədi

Gunaz.tv

GünAzTv: Qondarma erməni soyqırımının tanınmasına dair qanun layihəsi 2011-ci ildə İsveç Parlamentinin Xarici Əlaqələr Komitəsində səsverməyə çıxarılarsa, bu, 2010-cu ildəkindən fərqli olaraq əks nəticə verəcək. Bu barədə İsveçdə Türk Gənclik Federasiyasını ziyarət edərək təxminən 2 saat türk gəncləri ilə görüşən, onlarla nahar edən İsveçin xarici işlər naziri Karl Bildt bildirib.

"Avropa Birliyi ölkələrinin parlamentlərində qəbul olunan soyqırımı qərarı, heç bir zaman Türkiyənin AB-yə üzvlüyü üçün müzakirələrə şərt olaraq gətirilə bilməz. Soyqırımı layihəsinin parlamentimizdə qəbul olunmasından İsveç hökuməti olaraq çox kədərlənirik və buna görə türk hökumətindən üzr istədik. Artıq bu mövzuda onun-bunun dediklərini buraxıb önümüzə baxmalıyıq. Bu qərarın dəyişdirilə bilməsi üçün nələrin edilməli olduğu barədə danışmalıyıq. Türkiyə Avropa Birliyinə üzv olsa, böyüklüyü səbəbindən əsas ifaçı olacağından qorxan digər böyük ölkələr də var", - deyə Karl Bildt bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveç Parlamentinin Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqrımı iddiası ilə bağlı qəbul edilən qərardan sonra bu ölkədən geri çağırılan səfir Zergün Korutürkün gələn həftə Stokholma qayıdaraq işə başlayacağını bildirib (ANS).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar