SON XƏBƏRLƏR

Qardaş ölkənin baş naziri işğal altındakı ərazilərilərimizin azad edilməsini tələb etdi

2021.10.20, 07:36
Qardaş ölkənin baş naziri işğal altındakı ərazilərilərimizin azad edilməsini tələb etdi

Gunaz.tv

GünAzTv: "Ermənilər Azərbaycan ərazilərini boşaltmayınca, Türkiyə Ermənistanla sərhədləri açmayacaq". bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın "Die Zeit" nəşrinə müsahibəsində deyib. "Sərhədlər ona görə bağlanıb ki, ermənilər bizim azərbaycanlı qardaşlarımıza hücum edib, Dağlıq Qarabağı işğal ediblər. BMT də bu əməlləri işğal hesab edir. Ermənilər o torpaqları nə vaxt tərk etsələr, biz də sərhədləri onda açacağıq", - deyə baş nazir vurğulayıb. bu barədə APA tert.am saytına istinadən xəbər yayıb. O, müxtəlif ölkələrin parlamentləri tərəfindən uydurma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edilməsini erməni diasporunun təbliğatının nəticəsi kimi qiymətləndirib. "Deputatlar heç aidiyyətləri olmadığı məsələlərlə məşğuldurlar. Üçüncü ölkələr belə qətnamələr qəbul etməməlidirlər", - deyə Ərdoğan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar