SON XƏBƏRLƏR

Ankara uydurma soyqırım məsələsini hüquqi müstəviyə çıxarmağı düşünür

2021.10.20, 07:36
Ankara uydurma soyqırım məsələsini hüquqi müstəviyə çıxarmağı düşünür

Gunaz.tv

GünAzTv: Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərginin sözlərinə görə, Türkiyə dövləti uydurma "erməni soyqırımı" iddiaları ilə bağlı mübahisələri beynəlxalq hüquq müstəvisinə çıxarmağı nəzərdən keçirir. Bu barədə APA "Vatan" qəzetinə istinadən xəbər yayıb.

Martın 24-də keçirdiyi həftəlik brifinqdə çıxış edən B. Özügərgin parlamentlərin tarixi məsələlər barədə qərar verəcək yerlər olmadığını deyib. "Dövlət bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəkmi?" sualına XİN-in rəsmi nümayəndəsi belə cavab verib: "Beynəlxalq hüquq instansiyalarına müraciət etmək nəzərdən keçirilən variantlardan biridir". Diplomat Türkiyənin ABŞ və İsveçdən geri çağırılan səfirlərinin "vaxtı çatanda" geri qayıdacaqlarını söyləyib.

Xatırladaq ki, Türkiyə müxalifəti ölkənin başını ağrıtmağa davam edən uydurma "erməni soyqırımı" mövzusunda mübahisələrin hüquqi müstəviyə çıxarılması təklifi ilə çıxış edib. Türkiyənin Yaponiya və ABŞ-dakı sabiq səfiri, Türkiyə XİN aparatının sabiq rəhbəri, hazırda Cümhuriyyət Xalq Partiyasının üzvü olan millət vəkili Şükrü Ələkdağ bu məsələ ilə əlaqədar ətraflı hüquqi sənəd hazırlayaraq prezident Abdulla Gülə təqdim edib. BMT-nin Soyqırım Konvensiyası və soyqırımla bağlı bu günə qədər presedent təşkil edən məhkəmə qərarları əsasında hazırlanan sənəddə Türkiyənin önündə iki yol olduğu göstərilir. Birinci yol ermənilərin soyqırım yalanını tanımış ölkələr haqqında Beynəlxalq Haaqa Məhkəməsinə şikayət etmək, ikinci yol isə Ermənistana 1915-ci il hadisələrinin Beynəlxalq Məhkəmədə araşdırılması üçün bu instansiyaya birgə müraciət barədə təklif irəli sürülməsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar