SON XƏBƏRLƏR

Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsi həllini tapır

2021.10.20, 07:36
Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsi həllini tapır

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Bu bəyanatla "CNN Türk" kanalına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu çıxış edib. Əhməd Davudoğlu yaranan irəliləyişin  müsbət nəticəyə gətirib çıxaracağını da bildirib. "Bu donmuş münaqişənin mütləq həll edilməsi lazımdır. İndiki zamanda  Rusiya da çox böyük səylər göstərir. Cənab Medvedev  dəfələrlə tərəflərlə görüşüb Xanım Klinton bu yaxınlarda Sarkisyanla telefonla danışıb Bu istiqamətdə çox güclü fəallaşma müşahidə olunur. Elə ABŞ, Rusiya və Fransdan olan həmsədrlər və tərəflər də fəallaşıb. Son olaraq Sarkisyanın Dəməşqdəki bəyanatları və Azərbaycanın cavabını da izlədik. Bu müsbət fəallaşmanın və irəliləyişin  sonda ortaq istəyimiz olan daimi sülhə gətirib çıxaracağına inanırıq"-deyə Əhməd Davudoğlu bildirib.

 

Yeri gəlmişkən, Əhməd Davudoğlu müsahibəsində qondarma erməni soyqrımının İsveç parlamentində qəbulundan sonra Türkiyə ilə bu ölkə arasında yaranan gərginliyin yavaş-yavaş aradan qaldırıldığını da bəyan edib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar