SON XƏBƏRLƏR

İşqalçı dövlət 50 yaşına qədər bütün kişiləri orduya çağırır

2021.10.20, 07:36
İşqalçı dövlət 50 yaşına qədər bütün kişiləri orduya çağırır

Gunaz.tv
GünAzTv: Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan Azadlıq Radiosunun erməni xidmətinə açıqlamasında bildirib. ekspertlər Ermənistan tərəfinin bu addımını silahlı qüvvələrində əsgər çatışmazlığı, acınacıqlı vəziyyət və son illər Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı addımlardan ciddi narahatlığı ilə izah edirlər.   GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, Cənubi Qafqazda ciddi iqtisadi böhran yaşayan Ermənistanın ordusunda acınacaqlı vəziyyət hökm sürməkdədir. Statistik araşdırmalara istinad edən ekspertlərin fikrincə, erməni ordusunda mənəvi-psixoloji və fiziki durum ötən illərə nisbətən daha da pisləşib. Bununla yanaşı, Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi və hərbi qüdrətinin sürətli inkişafı və əldə etdiyi nailiyyətlər Ermənistanı əndişələndirib. Vəziyyət o həddə çatıb ki, rəsmi İrəvan 50 yaşınadək bütün kişiləri orduya çağırmaq qərarını verib.   Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan etiraf edib ki, Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla alacağına dair fikirlərini Ermənistan tərəfi ciddi şəkildə nəzərdə keçirir. Ona görə, təmas xəttində istehkamları möhkəmləndirməyə çalışırlar.   Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri komitəsinin üzvü Aydın Mirzəzadə, Ermənistan tərəfin narahatlığını təbii qəbul edir. Ermənistan ordusunun son zamanlar hərbi təlimlərə üstünlük verməsi barədə məlumatlara münasibət bildirən Komitə üzvü hesab edir ki, bu kimi təlimlər əslində imitasiya xarakteri daşıyır.   Analitiklərin fikrincə, Azərbaycan ordusunun kifayət qədər güclənməsi yoxsul Ermənistan rejiminin "müharibə" sözündən narahatlığına ciddi zəmin yaradıb. Mütəxəssislərin qənaətincə, Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi halda, Azərbaycan Silahlı Qüvvələrinin ilk həmləsindən erməni ordusunun darmadağın olacağı heç bir şübhə doğurmur. Bu səbəbdəndir ki, son dövrlər prezident Serj Sarkisyan öz çıxışlarında güc tətbiq etməmək barədə Azərbaycanla saziş imzalamaq barədə təkliflər edir, eyni zamanda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməklə, vəziyyətdən yayınmağa çalışır. Amma bu siyasi möhtəkirliyin də uzun müddət davam edə bilməyəcəyi qaçılmaz reallığa çevrilib.   Erməni Milli Konqresinin parlamentdəki üzvü David Şahnazaryan etiraf edib ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması Ermənistanı fəlakətə sürükləyir.   Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı munasibətilə cıxışında bir daha bəyan edib ki, Azərbaycan orduya xərcləri ildən-ilə artırır və ordu Ali baş komandanın tapşırıqlarını qısa zamanda həll etmək vəziyyətinə gətirilib. Sülh danışıqları fayda verməsə, Azərbaycanın güc yoluna əl atması qaçılmaz olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar