SON XƏBƏRLƏR

Milii-mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Milii-mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın milli-mədəni fəallarından biri cənab İbadət Mədədi Niqaristan Təbriz zindanından azad olunub.

O 8 ay həbsdə qaldıqdan sonra 2010-cu il mart ayının 16-da (1388-ci il isfənd ayının 26-ı) şərti əfv fərmanı nəticəsində azadlığa buraxılıb.

 

Mədədi 2006-ci il dekabr ayının 16-da (1385-ci il azər ayının 25-i) Təbriz İnqilab Məhkəməsi tərəfindən 34 ay həbs cəzasına məhkum edilir, Ancaq bu müddət  Apelyasiya Məhkəməsi (dadqahe təcdide nəzər) tərəfindən 8 ay ilə dəyişdirilir.

 

Adını çəkdiyimiz milli-mədəni fəal 2006-ci il may ayının 27-də (1385-ci il xordad ayının 6-ı) Azərbaycanlıların İran qəzetində dərc olunmuş təhqiramiz karikaturaya qarşı kütləvi aksiyalar keçirdikləri dönəmdə iki qardaşı ilə birlikdə yaxalanıb, 35 gün müvəqqəti saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 

Mədədi Milli Təhlükəsizliyin əleyhinə fəaliyyət və pantürkisti qruplarda üzvlükdə ittiham edilib.

 

Xatırladaq ki, cənab Mədədi Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O 1996-ci ildən bəri dəfələrlə tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar