SON XƏBƏRLƏR

Baş nazir Ərdoğan erməni icmasının rəhbəri ilə görüşəcək

2021.10.20, 07:36
Baş nazir Ərdoğan erməni icmasının rəhbəri ilə görüşəcək

Gunaz.tv

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan martın 26-da Ankarada İstanbul müqəddəs xilaskar xəstəxanasının hamilər şurasının sədri, ölkənin erməni icmasının rəhbəri Bedros Şirinoğlu ilə görüşəcək. Görüşün Ərdoğanın Türkiyədə qanunsuz yaşayan ermənilərin ölkədən çıxarıla biləcəyinə dair bəyanatına ölkə daxilində və xaricində sərt reaksiya verilməsindən sonra mühiti yumşaltmaq məqsədi ilə keçiriləcəyi bildirilir.

GünAzTv mətbuat mərkəzinin "anspress"-ə istinadən yaydığı məlumata görə, Türkiyə mətbuatının yaydığı məlumata görə, Şirinoğlu Baş nazirin müşaviri ilə əlaqə saxlayaraq Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətində olduğunu bildirib.

Görüşün gündəliyi barədə məlumat verilmir.

Ərdoğan artıq bildirib ki, onun bəyanatını fərqli məcraya yönəltmək istəyənlər var. Baş nazir qeyd edib ki, onun sözləri ermənilərin ölkədən qovulacağı kimi qəbul edilməməlidir. Əksinə o, həmin bəyanatı Türkiyədə ermənilərə göstərilən xoş münasibətə diqqəti cəlb etmək məqsədi ilə verib.

Ərdoğanın erməni icmasının rəhbəri Bedros Şirinoğlu ilə görüşündə Türkiyə-Ermənistan münasibətləri və üçüncü ölkələrdə Türkiyəyə qarşı soyqırım iddiaları ilə bağlı İrəvanın dəstəyi ilə davam edən kampaniya məsələsinə də toxunulacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar