SON XƏBƏRLƏR

Ermənistan prezidenti: Bəzi Azərbaycan torpaqlarını tərk edə bilərik

2021.10.20, 07:36
Ermənistan prezidenti: Bəzi Azərbaycan torpaqlarını tərk edə bilərik

Gunaz.tv
GünAzTv: Erməni qüvvələri müharibənin gedişində işğal olunmuş bəzi Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ üçün təhlükəsizlik və öz müqəddəratını təyintmə hüququnun tanınması müqabilində tərk edə bilər. Bu bəyanatı Ermənistan prezidenti Serj Sarkisyan Suriyaya rəsmi səfəri əsnasında verib. GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Erməni diplomatlar bildiriblər ki, böyük əksəriyyəti boş olan Azərbaycan ərazilərinin Bakının nəzarətinə qaytarılması 15 ildir ki, davam edən danışıqların tərkib hissəsidir. Öz növbəsində Azərbaycanın əsas müttəfiqi olan Türkiyə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması barədə hər hansı bir saziş işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasından sonra mümkün ola bilər. Suriyada çıxan Əl-Vətən qəzetinə müsahibəsində Ermənistan prezidenti bildirib ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ tanınarsa, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin saxlanması şərtilə Yerevan bir sıra Azərbaycan torpaqlarının qaytarılması barədə düşünə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar