SON XƏBƏRLƏR

Güney Azərbaycanda “Bayramlıq” adlı bildiriş yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda “Bayramlıq” adlı bildiriş yayılıb

Gunaz.tv

GünAzTv :Güney Azərbaycanda Bahar fəslinin (bahar sezonu) gəlişi münmasibəti ilə "Bayramlıq" adlı dəftərçələr yayılıb. Güney Azərbaycanın bir çox şəhərlərində yayılan dəftərçələrdə Azərbaycanın milli, mədəni və siyasi şəxsiyyətlərindən bəhs olunub.

 

Dəftəçələrdə Milli Sərdar Səttarxan, Məhəmmədəmin Rəsulzadə, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Şəhriyar, Əbulfəz Elçibəy, Məhəmmədtağı Zehtabi və ... yad olunur. Onların şəxsiyyəti, Bioqrafiyası və əsərləri haqqında məlumat verilir.

 

Yayılan dəftərçələrdə uşaqlara xüsusi diqqət yetirilib. Onlar üçün Ana dili, tarix və mədəniyyətimizin əhəmiyyəti və onu qorumağın zəruriliyi vurqulanıb.

Həmçinin Uşaqlar üçün Səməd Behrənginin "Balaca Qarabalıq" və Mərhum Zehtabinin "Su" şeiri qeyd olunub.

 

Daha diqqətə layiq nöqtələrdən biri Azərbaycan coğrafiyasının türk dilində olan adlarını xatırlatmaqdır. Buda bəzi tarixi kitablar və KİV-nin təhrifinə qarşı nəzərdə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar