SON XƏBƏRLƏR

İsveçdə yaşayan Türkiyə, Azərbaycan, uyğur və tatar türkləri “erməni soyqırımı”nın tanınmasının əleyhinə çıxdılar

2021.10.20, 07:36
İsveçdə yaşayan Türkiyə, Azərbaycan, uyğur və tatar türkləri “erməni soyqırımı”nın tanınmasının əleyhinə çıxdılar

Gunaz.tv

GünAzTv: İsveçdə yaşayan türklər bu ölkənin parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərara etiraz ediblər.

Təxminən 3000 nəfərin iştirak etdiyi etiraz aksiyasında "Parlament məhkəmə deyil", "Tarixi siyasiləşdirməyin" şuarları səslənib. Paytaxt Stokholmda keçirilən aksiyada Azərbaycan, uyğur və tatar türkləri də iştirak ediblər. Yağış və qar yağmasına baxmayaraq, mitinq iştirakçılarının sayı çox olub. Mitinqdə çıxış edənlər bəyan ediblər ki, İsveç parlamentin qərarı ilə qalmaqala imza atıb. Aksiya iştirakçıları bildiriblər ki, "soyqırımı" ilə bağlı iddialar tarixçilərin öhdəsinə buraxılmalıdır. ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar